Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

03 İyul

2017
15:33
876
İşdən qovulan icra başçısı: “Cənab Prezident lap əcəb edib məni vəzifədən azad edib”

Yasamal rayon İcra Hakimiyyətinin sabiq başçısı İbrahim Mehdiyev vəzifədən çıxarılması barədə ilk dəfə olaraq açıqlama verib.

FaktXəbər-in məlumatına görə, İ.Mehdiyev olkə.az-a bildirib ki, onun haqqında ölkə başçısına düzgün məlumatlar verilməyib:

“Mən dövlət vəzifəsində çalışaraq, verilən tapşırıqları həyata keçirmişəm. Ancaq kimsə ölkə başçısına haqqımda düzgün informasiya verməyib. Bunun nəticəsində də cənab Prezident müvafiq Sərəncam verib və vəzifəmdən azad olunmuşam. Amma cənab Prezident lap əcəb edib məni vəzifədən azad edib. Buna görə çox sağ olsun, Allah ömrünü uzun etsin!”. 

Sabiq icra başçısı bundan sonra istirahət edəcəyini söyləyib:

“Bundan sonra evdə oturub istirahət edəcəm. Hələ başqa işlər haqqında qəti düşünmürəm”.

İ.Mehdiyev Azərbaycanda və İsveçrədə var-mülk sahibi olması barədə yayılan məlumatlara da münasibət bildirib:

“Məni tanıyanlar yaxşı bilir ki, Bakıdan kənarda heç nəyim yoxdur. Bakıda varım-yoxum cəmi bir bağım var. Yazırlar ki, oğlumun İsveçrədə biznesi var və sairə. Oğlum Həsən uzun illər “BP” şirkətində çalışıb, Bakı-Novorossiysk boru neft kəməri layihəsində yüksək vəzifədə işləyib, oranın rəhbəri olub, Şotlandiyada neft-qaz sahəsində çalışıb. Oğlum bütün ömrü boyu xarici neft-qaz şirkətlərində neftçi kimi işləyib. Misal üçün, oğlum “Total” şirkətinin İtaliyadakı layihəsinin baş mühəndisi olub. Bunu hər azərbaycanlı edə bilmir. Ancaq mənim oğlum bacarıb. Oğlum Şimal dənizinin 250 kilometrliyində yerləşən neft-qaz yataqlarında tədqiqat işləri aparıb. Yəni, oğlum karyerası boyu sırf neft-qaz sahəsində çalışıb. Onun başqa kommersiya işləri yoxdur. Hazırda xaricdə yaşayan oğlum orta məktəbi qızıl medalla, universiteti isə qırımızı diplomla bitirib”.

Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyevin Sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tutduğu vəzifədən azad olunub. 

İbrahim Mehdiyev Bakı şəhərinin “Sovetski” adlanan ərazisində yerləşən “Hacı Cavad” məscidinin özbaşına sökülməsində səhvə yol verib. 

Məqalədə : İbrahim Mehdiyev 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru