Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
15:38
3810
Dənizə getmək məsləhət görülmür - RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun 13-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən bildirilib ki, proqnozlara görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 24-27° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyi arabir güclənəcək, dəniz suyunun temperaturu 23-24° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir", - deyə məlumatda bildirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
173

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
102
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 23:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru