Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 May

2017
11:21
241
DİN Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb.

FaktXəbər-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porsche” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub.

Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru