Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
09:33
10421
DİN-dən əhaliyə məktəblərdə uşaq oğurluğu ilə bağlı MÜRACİƏT

Son günlər sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində uşaq oğurluğu ilə bağlı məlumatlar yayılır. Yayılan məlumatlarda bir neçə nəfərin məktəblərdə uşaq oğurluğu ilə məşğul olması barədə bildirilir.

Valideynlərə xəbərdarlıq edilir ki, milliyətcə rus olan qadın və kişi məktəb yaxınlığında gəzişirlər. Onlar uşaqları oğurlayır və onların orqanlarını çıxarıb satırlar.

Bu tipli məlumatlar KİV-lə yanaşı “Facebook”, İnstagram” kimi məşhur sosial şəbəkələrdə və “WhatsApp” messencerində yayılıb.

Ötən gün də oxşar xəbərlər yayılmışdı. Bildirilirdi ki, Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqlar qaçırılıb. İddia olunurdu ki, guya uşaqlar “orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb.

Məsələyə münasibət bildirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirdi ki, hazırda ölkədə uşaq oğurluğu ilə bağlı heç bir cinayət qeydə alınmayıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir.

“Bu cür məlumatlar şayiə və dezinformasiyadan başqa bir şey deyil. Uşaq oğurluqları ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb. Respublikanın heç bir yerində belə fakt qeydə alınmayıb”, - deyə Orxan Mansurzadə bildirib.

DİN rəsmisi bir daha vətəndaşlara müraciət edərək bildirib ki, əgər hansısa qanun pozuntusu və cinayətlə rastlaşan olsa, mütləq bununla bağlı polisə müraciət etsin.

“Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər. Qarşılaşdıqları problemlərlə bağlı aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər”.

Orxan Mansurzadə onu da vurğulayıb ki, əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu abu-havası yaradanlar məsuliyyət daşıyırlar:

“Təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması yolverilməzdir. Kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.(baku.ws)

Məqalədə : oğru 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

20

İyun
09:39
İQTİSADİYYAT
295

Azərbaycan nefti ucuzlaşıb

20

İyun
09:31
İQTİSADİYYAT
858

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1780

Azərbaycan əhalisinin sayı açıqlanıb

19

İyun
18:32
ÖLKƏ
2084

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
235
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 09:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru