Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

17 Noyabr

2014
20:40
2108
Düşmənə qarşı əməliyyat (VİDEO)

Müdafiə nazirliyi dövlət başçısı İlham Əliyevin göstərişi ilə Hərbi Dəniz Qüvvələriylə birlikdə hərbi təlimlər keçirir. Təlimlər döyüş hazırlığının yoxlanılmasına hesablanıb.

Şərti olaraq Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft-qaz infrastrukturu obyektləri düşmən tərəfindən tutulur və Müdafiə Nazirliyinin bütün bölmələri əməliyyatlar keçirərək ərazini düşməndən xilas etməyə çalışır.

Daha sonra Hərbi Hava Qüvvələrinin helikopterləri və xüsusi təyinatlılar əməliyatlara cəlb edilir.

Bütün bu hadisələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən hərbi təlimlərin tərkib hissəsidir. Noyabrın 13-dən təlimləri Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidməti birgə keçirir. Plana əsasən düşmən tərəfindən işğal edilən obyektləri təmizləndikdən sonra Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri Xəzər dənizindən gözlənilən hücumun qarşısını almaq üçün təyin olunmuş əraziyə istiqamət alır.

Xüsusi artileriya qurğularıyla təchiz olunmuş hərbi gəmilər düşmənin istənilən mövqedən hücumunu dəf etməyə tam hazır vəziyyətə gətirilib.

“AK-230” atıcı silahı Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin əsas silahlarından biri hesab edilir. Belə ki, bu artileriya qurğusu həm suyun üzərində olan, həm də səmada olan hədəfləri məhv etmək gücünə qadirdir.

Hərbi Dəniz Qüvvələrinin ən böyük döyüş gəmisi düşmənin su altı hədəfini də dəf etməyə qadirdir. Reaktiv Bombaatma qurğusu vasitəsiylə gəminin heyəti 6 kilometr məsafədə istənilən hədəfi məhv edə bilər.

Hazırda gəmi baş komanda məntəqəsi (BKM) adlanan hissəsindən idarə olunur. Buradan, yəni BKM-dən gəminin gedəcəyi məntəqə, eyni zamanda istiqamət və suyun dərinliyi müəyyən olunur. 

Bir neçə kilometr yol qət etdikdən sonra hərbi gəmilər təlimlərin keçirilməsi üçün nəzərdə tutulan məkana çatır və şəxsi heyət gəmini atış üçün tam hazır vəziyyətə gətirir.

Artıq həyəcan siqnalı verildi və biz hədəfi nişan almaq üçün xüsusi məntəqəyə qalxırıq və buradan da hədəfə qarşı atəş açılacaq.

Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri də döyüş gəmilərinin sahildən kilometrlərlə aralıda keçirilən təlimlərdə iştirak edirdi.

4 gün davam edən hərbi təlimlərə cəlb olunan bütün növ qüvvə və vasitələrdən döyüş atışları icra olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru