Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2019
09:34
4312
DİM imtahanların vaxtını dəyişib

Bu il keçirilməsi planlaşdırılan bəzi imtahan günlərində dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən Faktxeber.com-a verilən məlumata görə, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. 

I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-nə təyin olunub. Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyunun 30-da olacaq. 

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da keçiriləcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-03-2019 13:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com