Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

10 İyul

2017
12:46
596
DİM: Dövlət qulluğunda yüksək vəzifə tutmaq istəyən şəxslər müsabiqədən keçəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib.

Tədbirdə Prezident Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyəti mütəmadi öyrəniləcək, pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcək: “Yol verilmiş pozuntu halları barədə Azərbaycan prezidentinə məlumat veriləcək və təqdim olunacaq illik hesabata daxil ediləcək”.

M. Abbaszadə pozuntuya yol vermiş məsul şəxslərin inzibati məsuliyyətə cəlb ediləcəyini də söyləyib.

DİM-in Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov bildirib ki, dövlət qulluğunda yüksək vəzifə (dövlət orqanında xidmət rəisi, aparat rəhbəri, şöbə müdiri vəzifələri) tutmaq istəyən şəxslər də müsabiqədən keçməli olacaqlar: “Dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olub. Müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim olunacaq. 5 il müddətində qüvvədə qalacaq bu sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək”.

Konfransda DİM-in Litva Dövlət Katibliyi ilə birgə icra edilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” layihəsinin icra vəziyyəti və gələcək planlar barədə də iştirakçılara məlumat verilib.

Yeqi gəlmişkən qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət qulluğuna qəbulla bağlı ilk hüquqi imtahan keçirilməzdən əvvəl sınaqlara və təlim proseslərinə başlanılacağını deyib. Onun sözlərinə görə, sınaqlar və təlim prosesləri sentyabrda, dövlət qulluğuna qəbulla bağlı yeni test imtahanlarının isə oktyabrda keçirilməsi nəzərdə tutulur. M. Abbaszadə qeyd edib ki, artıq dövlət qulluğuna qəbulla bağlı bütün normativ-hüquqi sənədlər hazırdır. /apa

Məqalədə : dövlət qulluğu 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru