Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

12 Dekabr

2016
15:04
2493
Diqqət: Bu üsulla evinizin istiliyini artıra bilərsiniz - VİDEO

Ustaların sözlərinə görə, qış rejiminə keçilməsi evinizin istiliyini daha da artıra bilər. Bəs qış rejiminə necə keçilməlidir?

Havaların soyuduğu bu günlərdə siz bu üsulla evinizi daha da isidə bilərsiniz. Əksər insanlar xəbərsiz olsa da, plastik pəncərələrin yay və qış rejimi funksiyası var.

Ustalar deyirlər ki, plastik pəncərələrin qış rejiminə keçirilməsi soyuq havalarda evin istiliyini 50% artıra bilər. Bunun üçün bu pəncərələrin daxilində olan boltları 90 dərəcə fırlatmaq kifayətdir.

Usta Hüseyn Tağızadə deyir ki, plastik pəncərə alarkən diqqətli olmaq lazımdır. Çünki əksər belə pəncərələrin rezinləri əllə taxılma olur. Bu isə, öz növbəsində, pəncərələrin daha tez sıradan çıxmasına və evin soyuq olmasına gətirib çıxarır.

Odur ki, siz də bu nüanslara diqqət etməklə evinizin istiliyini artıra bilərsiniz. (xəzərxəbər)

Məqalədə : pəncərə istilik 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 19:00

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru