Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2017
15:48
3086
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 25-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

25- MƏN DÜZ DEYİRƏM

Quran tərəfindən ortaya qoyulmuş əxlaq prinsiplərindən biri olan insanların müzakirə olunmaması, yəni qeybətinin edilməməsi məsələsi inanclı insanlar tərəfindən də ən çox pozulan qadağalardandır. Allah insanın hər məsələdə həqiqi biliyə sahib olmasını istəyir.

Qeybət isə bir kəsin mənfi xüsusiyyətlərini və ya açılmasını istəmədiyi eyiblərini onun olmadığı bir yerdə müzakirə etməyə deyilir. Diqqət yetirilməli məsələ budur ki, qeybətin mövzusu həqiqət olsa da, yəni qeybət olunan şəxsdə həmin mənfi sifətlər olsa da, onları faş etmək günahdır.

Əgər deyilən sifətlər həmin adamda olmasa, artıq bu, iftira sayılır və daha ağır günaha çevrilir. Bir kəsin həm zahiri görünüşü, həm xasiyyəti, həm əməlləri, həm ailə üzvləri, həm də yaşayış səviyyəsi, evi, peşəsi qeybətin mövzusu ola bilər.

“Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz. Allahdan qorxun ki, Allah çox nəzər yetirən, tövbə qəbul edən və mehribandır.” (Hucurat, 12)

Cəmiyyət içində insanların arasını pozmaq üçün məşğul olan və bu pislikdən zövq alan insanlara rast gəlmək mümkündür. Belələri kiçik məsələləri şişirdərək yaymaqla insanları bir-birinə qarşı qoyur. İnanclı insan ətrafındakı haqsızlıqlara laqeyd qala və şahid olduğu məsələlərə mənasız kimi baxaraq, göz yuma bilməz. Lazım gələndə başqasının haqqını müdafiə edər və ya həqiqətin bilinməsi üçün çalışar. Ancaq bunu yetərli məlumat və dəlilə əsaslanmadan başqalarını şübhə altında qoyacaq və ya haqlarında səhv fikir formalaşdıracaq xətaya çevirməmək lazımdır.

Bu səbəbdən inanclı bir insanın əvvəl qulaq asması, araşdırması, mühakimə etməsi, üzərində düşünməsi və dəlilə əsaslanaraq hərəkət etməsi lazımdır. Yeri gələndə danışmaq qədər vaxtında sükutunun da fəzilət olduğunu bilməlidir. 

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2018 17:41

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status