Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 May

2017
16:23
1092
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 22-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

21-Cİ YOL - ARTIQ DÖVR DƏYİŞİB

22- DÜNYAYA BİR DƏFƏ GƏLİRİK

İnsanların dini əsaslara uyğun həyat yaşamamaq üçün irəli sürdükləri bəhanələrdən biri də "Gəzib əylənməyə bax, bir daha dünyaya gəlməyəcəyik" anlayışıdır. Öz varlığının, dünyaya gəlmə məqsədinin səbəblərini zərrə qədər də bilməyən, əksinə, həyatın heyvanlar kimi yemək və içməkdən ibarət olduğunu düşünənlərin sayı təəssüf ki, az deyil.

“Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz.” (Qəsəs, 77) 

Ayələrdəki əmr və qadağalar həm şəxsi həyata, həm də cəmiyyət həyatına nizam və intizam gətirir. İnananları ədalətin, sülh və qardaşlığın təmin edilməsi üçün çalışmağa sövq edir.

İnsanlar ölməmişdən əvvəl etmək istədikləri şeylərin içində Allahın rizasını və axirət səadətini hədəf seçən heç bir şeyə yer vermir. Bu necə həyat anlayışıdır ki, insan əvvəli və sonrası ilə maraqlanmır? Bu necə ziddiyyətdir ki, Allahın əmrlərinə əməl etməyə çalışan insanlar səhvlərinə görə Allahdan əfvə ümid bəslədikləri halda, Allaha iman gətirməsinə baxmayaraq, Allah yoxdur kimi yaşayırlar. 

Halbuki insan bilməlidir ki, həyatı mənalı edən nə yaşamasıdır, nə də malik olduqları. Həyatı mənalı edən, insanın axirəti üçün topladıqlarıdır. “…Axirətin yerinə dünya həyatınamı razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir və mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir.” (Tövbə, 38)

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru