Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
16:57
2479
Dini Komitə Elşad Miriyə cavab verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Elşad Miriyə cavab verib. 

Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov xatırladıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli fərmanı ilə yaradılıb. 

O bildirib ki, Dövlət Komitəsi öz fəaliyyətində Azərbaycan Konstitusiyasını, qanunlarını, Prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”ni rəhbər tutur.

“Dini etiqad azadlığı haqqında” qanunun 29-cu maddəsinin 10-cu abzasına əsasən, Dövlət Komitəsi dinşünaslıq ekspertizasının aparılmasını təmin edir. Eyni zamanda “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.8-ci bəndinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi Dövlət Komitəsinin əsas vəzifələrindən biridir.

“Dini etiqad azadlığı haqqında” qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixli, 97 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur.

Elşad Miriyev də bu hüququndan istifadə edərək, “İslamda yoxdur” adlı əsərini Dövlət Komitəsi tərəfindən dinşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün təqdim edib. Müəllifin “seyidlik” anlayışı və Peyğəmbərin məsumluğu” ilə bağlı mövqeyi və bu mövqeyi ifadə etmə forması ölkədə dini durumda mənfi təzahürlərin meydana gəlməsinə, dini nifrət və düşmənçiliyə, tolerant və multikultural mühitə mənfi təsir göstərə biləcəyindən Dövlət Komitəsi həmin əsərin nəşrini məqsədəuyğun hesab etməyib.

Dövlət Komitəsinin qərarına etiraz edən Elşad Miriyev məhkəməyə müraciət edib, birinci instansiya və apellyasiya məhkəmələri Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərarını qüvvədə saxlayıb.

Elşad Miriyev Dövlət Komitəsinin qərarından sonra media imkanlarından istifadə edərək dəfələrlə Komitə əməkdaşlarına qarşı qərəzli ittihamlar səsləndirib, ictimai rəyi çaşdırmağa çalışıb.

Verdiyi video müsahibədə növbəti dəfə bu məsələni gündəmə gətirərək, guya kitabın nəşrinə razılığın verilməməsində Qafqaz Müsəlmanları İdarəsinin rolu olduğunu bildirib. Onu qeyd edək ki, dinşünaslıq ekspertizası ilahiyyatçı mütəxəssislər tərəfindən tam müstəqil həyata keçirilir. Bu mütəxəssislərin verdiyi qərara kimlərinsə hansısa formada müdaxilə etmək səlahiyyəti yoxdur. Eyni zamanda müvafiq qanunvericiliyə əsasən, ekspertlərin bilə-bilə yalandan rəy verməsi cinayət məsuliyyəti yaradır.

Özünün də qeyd etdiyi kimi, məlum fikir Elşad Miriyev tərəfindən səsləndirildiyi zaman həm onunla fərdi söhbətlərdə, həm də məhkəmədə dəfələrlə QMİ-nin kitabın nəşrinə razılığın verilməməsində rolunun olmasının yalan olduğu bildirilib.

Dövlət Komitəsi bu iftiranın əsassız olduğunu, bu gün ölkədə formalaşan dövlət-din münasibətlərinə xələl gətirmək məqsədi güddüyünü bəyan edir. Qafqaz Müsəlmanları İdarəsi ilə Dövlət Komitəsi arasında nifaq salmaq cəhdi kimi qiymətləndirir".  

Məqalədə : Dini Qurumlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
101

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
84

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1528

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
404
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 21:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru