Sorğu

Prezident seçkilərində iştirak edəcəksinizmi?
BƏLİ
XEYR
HƏLƏ QƏRAR VERMƏMİŞƏM

Xəbər Lenti

İnfografika

Arxiv

Yazar

11 Noyabr

2016
10:29
1890
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 8-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

8- ƏMRLƏRİNİ YERİNƏ YETİRƏ BİLMİRƏM, AMMA ALLAHI ÇOX SEVİRƏM

Bəzi insanlarla danışdıqda həyatlarında dini əməllərə qarşı heç bir şeyin olmadığı, ancaq Allahı çox sevdiklərini söylədikləri görülür. Həqiqətən, bəndə Allahın könüldən sevməsi çox əhəmiyyətlidir. Ancaq bəzən bu anlayış insanın özünü aldatmasına səbəb olur.

Dində sevgi də var, tolerantlıq da var, Allahın Quran ayələri ilə müəyyən etmiş olduğu əmr və qadağalar da var. "Mən yalnız Allahı sevirəm, bu da mənə kifayətdir" anlayışında olmaq Quranda təsvir edilən inanan profilinə uyğun deyil. Heç şübhəsiz inananlar Allaha sevgidə daha güclüdür: “İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək onları Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur.” (Bəqərə, 165)

“Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.” (Ənfal, 2)

“O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbir edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.” (Həcc, 35)

Ayələrdən də göründüyü kimi, inanan insanların Allahın ayələrinə də, Allaha olan qulluq vəzifələrinə də laqeyd qalması müzakirə mövzusu belə deyil. Həqiqi sevgi həqiqi təslimiyyətlə, yəni təslimiyyətin ürəkdən və səmimi şəkildə ifadəsi ilə mümkün ola bilər.

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2018 14:40

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru