Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 Oktyabr

2016
16:00
1477
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 6-CI YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

5-Cİ YOL - ONSUZ DA ALLAH BAĞIŞLAMAYACAQ

6- İŞLƏMƏK DƏ İBADƏTDİR

İşləməyin də ibatəd olduğu bəzi insanların ən çox sevdiyi və bir mənada dillərində şüar etdikləri cümlədir. Ancaq insan başa düşməkdə çətinlik çəkir. Bu necə bir ibadətdir ki, digər bütün ibadətlərin qarşısı alır. 

Halbuki, inananlar bilir, Yerdə və göydə nə varsa Allaha məxsusdur. Quran ayələri də sözügedən məsələyə bu şəkildə diqqət çəkib. Eyni zamanda nümunəvi inanan profilini də göstərib: Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar. (Nur, 37)

Bir sözlə, dini məsələlərdə irəli sürülən bəhanələr yalnız Allaha və dinə lazım olan əhəmiyyəti verməyən insanlar tərəfindən deyil, Allaha və dinə dəyər verdiyinə inanan, ya da buna çalışan insanlar tərəfindən də irəli sürülür. Şeytanın tələlərindən qorunmaq üçün davamlı olaraq Allaha sığınmaq, ayıq və diqqətli olmaq, nəfsimizə xoş gələn şeyləri imanımızın önünə bəhanə olaraq gətirməkdən çəkinmək lazımdır.

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 13:03

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru