Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Oktyabr

2016
12:36
1074
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 5-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

4-CÜ YOL - İNŞALLAH, ALLAH BAĞIŞLAYAR

5- ONSUZ DA ALLAH BAĞIŞLAMAYACAQ

Şeytanın insanı aldatmağın yollarından birinin “Allahın rəhməti” ilə aldatmaq olduğu bildirilir. Ancaq şeytan insanı bunun tam əksi ilə də aldatmağa çalışır. İnsanların bir qismi etdikləri günahlarına görə çox pis bir insan olduqlarını etibarf etsələ də, keçmişdə etdiklərinə görə peşmançılıq hissi keçirsələr də, bağışlanmalarının mümkün olmadığına inanırlar. Halbuki Quran ayələri bu barədə də xəbərdarlıqlar var:

“De: Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!” (Zümər, 53)

“Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz”. (Yusif, 87)

“Allaha qarşı səhvim çox olduğundan dua və ibadət etməyə üzüm yoxdur", "İradəmə məğlub olduğum üçün səhvlərimdən əl çəkə bilmirəm" şəklində ritorikalarla insan hiss etmədən özünü Rəbbindən daha da uzaqlaşdırır.

Təkcə bu kifayətdir ki, insan özünü aldatmasın və səhvlərindən əl çəkərək təmiz qəlblə Rəbbinə yönəlmək istəsin. İnsan üçün əfv və tövbə qapısı hər zaman açıqdır. “Rəbbiniz sizin ürəklərinizdə olanı daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır." (İnsan, 25)

Hər bir insan Rəbbinin rəhmətindən ümidini kəsməməlidir və qəlbən bunu bilib təkrar etməlidir: Ey Rəbbim! Günahlarım başımdan aşsa da, keçə bilmədiyi yeganə şey sənin rəhmətindir. Sən bizə mərhəmət et, rəhmətinlə sevindir. “Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır”. (Nuh, 10)

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru