Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

17 Oktyabr

2016
12:16
1285
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 4-CÜ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

3-CÜ YOL - DİNLƏRİN MAHİYYƏTİ YAXŞILIQDIR

4- İNŞALLAH, ALLAH BAĞIŞLAYAR

Allaha inanan, amma nəfsinə məğlub olduğu üçün inancının tələblərini yerinə yetirə bilməyən insanların bir qisminin etmədiklərinə görə vicdan əzabı çəkdikləri hiss olunur. Bir qisim insanlar isə səhvlərinə görə peşman olsalar da, Allahın bağışlayan olmasına inanaraq, səhvlərini təkrar edirlər.

Peyğəmbərlər belə, Allahdan bağışlanmaq istəyirlər. Məsələn, Həzrət Yusif Allaha, “Ey Rəbbim, Sən mənə səltənət və hökumətdən pay verdin və yuxuların yozumunu və hədislərin təfsirini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı təslim olduğum halda al və məni salehlərə qovuşdur”, - deyə dua edirsə, heç kim, “müsəlmanıq, inşallah, Allah günahlarımızı bağışlayacaq” fikri ilə günaha yönəlməməlidir. 

Quran bu məsələdə də insanlara xəbərdarlıq edir: “Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!”

Bəzi pis niyyətli insanlar bu cür ayələrdən istifadə edərək, Allahı da şahid tuturlar. İnsanlar isə özləri də bilmədən bu adamların sözünə etibar edərək, "Nə edək, mən də insanam", - deyir. Halbuki, ayələr insanları xəbərdar edir. Bu kimi insanlar dost görünüşlü düşmənlərdir: “İnsanların eləsi var ki, onun dünya həyatındakı danışığı səni heyran edir və o, Allahı öz qəlbində olana şahid tutur, halbuki, o, düşmənlərin ən qəddarıdır.”

Bəzi insanların yol verdiyi bir başqa səhv isə, "Cəhənnəmdə bir qədər yanandan sonra, onsuz da cənnətə gedəcəyik" düşüncəsidir.

Halbuki insanın ağlından heç zaman çıxarmaması lazım olan mübahisəsiz bir həqiqət var həyatda: Hara gedirik? Hamılıqla ölümə! Bəs, yaşayarkən getdiyi hər yerə hazırlıq görən insan, nə üçün ölümə hazırlıq görmür? Bir halda ki, ölümə çarə yoxdur, hər zaman hazır olmaq lazımdır.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com