Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Oktyabr

2016
13:45
2446
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 2-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

2- DİNLƏRİN MAHİYYƏTİ YAXŞILIQDIR

İnsanı qəflətə salan və özünü aldatmasına səbəb olan digər bir yanlışlıq isə, “qəlb təmizliyi” iddiasına oxşar şəkildə tarix boyu gələn bütün dini əmrlərin yaxşılığa dəvət olmasıdır. Bu iddiada olan adamlar özlərini bu məsələyə o qədər inandırıblar ki, Qurani-Kərimdən xəbəriniz olmasa, danışdıqlarının Quran ayəsi olduğuna inanarsınız. 

Bəzi insanlar həqiqətən də yaxşılıq etməyi sevən, heç kəsə pisliyi dəyməyən, onun-bunun ayağının altını qazmayan, xeyir işlərdə məsuliyyəti boynuna götürən şəxslər ola bilərlər. Ancaq insan bilməlidir ki, bütün bu sayılanlar və bənzərləri onsuz da Allaha inandığını göstərən insanlarda olmalıdır və bunlar dini göstərişlərə uyğun təbii hərəkətlərdir.

“Onları (yaşadıqları cəmiyyəti) Bizim əmrimizlə doğru yola yönəldən rəhbərlər etdik və onlara xeyir işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.” (Ənbiya, 73)

“Bütün dinlərin mahiyyəti yaxşı insan olmaqdır", - deyərək, dini öhdəliklərdən xilas olmaq mümkün deyil.

Yaxşılıq, üzü Şərqə və ya Qərbə tərəf çevirmək deyil. Əsl yaxşılıq, o kəsin etməsidir ki, Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə inanır, Allahın razılığı üçün yaxınlarına, yetimlərə, yoxsullara, yolda qalanlara və dilənənlərə sevdiyi maldan sərf edir, zəkat verir, namaz qılır, verdiyi sözü yerinə yetirir.

Sıxıntı, xəstəlik və müharibə zamanlarında səbr edib. Düzgün olanlar məhz bu xüsusiyyətlərin daşıyıcılarıdır. Bax, bunlardır təqva sahibləri. Amma təkcə inanmaq və ya ibadət etmək də Quranda diqqət çəkən inanan profili üçün yetərli deyil. İnanmaq və xeyirli işlər görmək bir çox ayədə göstərilən və bəyənilən, əhəmiyyətinə diqqət çəkilən xüsusiyyətləridir. “Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir.” (Maide, 9).

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2018 06:02

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status