Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

20 Fevral

2017
16:44
637
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 16-CI YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

15-Cİ YOL DİNDARLAR SƏMİMİ DEYİL

16- BİZ DƏ SƏFEHLƏR KİMİ İMAN GƏTİRƏK?!

Allaha və ayələrinə fikir verməyən, özlərini elit adamlar hesab edən bəzi şəxslər inancının tələblərini yerinə yetirməyə çalışan insanları oxumamış, gəlir səviyyəsi aşağı, təcrübəsiz və savadsız insanlar kimi qiymətləndirdikləri müşahidə olunur.

Təhsili və mədəniyyətli olmağı zəruri dini məsələlərin yerinə yetirilməsinə əngəl kimi görən bu insanların böyük bir qisminə sual etsəniz, Allaha inandıqlarını söyləyərlər. Ancaq sözlərinə və davranışlarına baxanda, Allahı da, dini də olduğu kimi dərk edtmədiklərini görərsiniz.

Özünü xalq kütlələrindən ayrı görən və bu səbəbdən onların ibadətlərini özünə yaraşdırmayan insanların özlərini aldatmaq üçün saysız-hesabsız bəhanə tapmaları da mümkündür. “Onlara “siz də camaat kimi iman gətirin” deyildikdə (öz qəlblərində) deyərlər: “Biz də səfehlər kimi iman gətirək?!” Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər.” (Bəqərə, 13). 

Ancaq bilmədikləri bir şey var ki, bu da lovğalanaraq özlərini üstün gördükləri şeyin Allaha aid olmasıdır. Halbuki Quran ayələri bu barədə də xəbərdarlıqlar edir insanlara: “Rəbbiniz buyurdu: “Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar."" (Ğafir, 60)

Halbuki, hər bir şəxs Allaha iman gətirməyin və buyurduqlarına lazımınca riayət etməyin yer üzündəki ən şərəfli iş olduğunu bilməlidir. İnsanlar üstünlüklərinin sahib olduqları dünyəvi imkan və mövqedə deyil, Allaha olan yaxınlıqlarında olduğunu unutmamalıdır.

Hər kim öz dəyərini bilmək istəyirsə, Allaha yaxınlığına baxmalıdır: “Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz.” (Loğman, 18)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com