Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Fevral

2017
10:32
1495
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 15-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

14-CÜ YOL DİNDARLAR SƏMİMİ DEYİL

15- PEYĞƏMBƏRLƏR VƏ ALLAH DOSTLARI KİMİ OLA BİLMƏRİK

İnsanlarla dini mövzularda söhbət etdikdə, xüsusilə tarix boyu peyğəmbərlərin və həqiqi inananların Allah yolunda, Onun rizasına uyğun yaşamasının əvəzi olaraq qarşılaşdıqları çətinlik və sıxıntılardan nümunələr göstərərkən, bəzi insanların, "Biz kimik ki, onlar kimi olaq" şəklində şərhlər verirlər.

Quran ayələri insanlar ibrət və nümunə götürsünlər deyə göndərildiyi halda, bəzi insanlar ayələrdəki həqiqətlərə sanki, başqalarına oxunurmuş kimi qulaq asırlar. İnsanların, "Biz kimik ki, onlar kimi olaq", - deyə yanlış şəkildə düşünməsinə səbəblərdən biri də məhz budur. 

“Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır.” (“Mumtəhənə” surəsi, 4). “O, (İsa) yalnız nemət verdiyimiz və (qeyri-adi bir məxluq kimi dillərdə əzbər və əməldə örnək olması üçün) İsrail övladları üçün bir məsəl etdiyimiz bir bəndə idi.” (“Zuxruf” surəsi, 59). “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır.” (“Əhzab” surəsi, 21). 

Ayələrdən də göründüyü kimi, Allahın peyğəmbərləri və yanlarındakı insanlar üçün misallar vardır. Peyğəmbərlər də, yanlarındakılar da hər birimiz kimi insandılar. Üstün adamlar idi, amma qeyri-insan deyildilər.

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru