Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

30 Yanvar

2017
14:01
1084
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 14-CÜ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

13-CÜ YOL DİNDARLAR SƏMİMİ DEYİL

14- ŞEYTAN MƏNİ ALDADIR

İnsanların bir qismi təkrar etdikləri səhvlərə görə davamlı olaraq şeytanı bəhanə göstərirlər və "Şeytan məni aldadır" sözü ilə özlərini müdafiə etməyə çalışırlar. Lakin işin əsli, insanların iradələrinə məğlub olmalarına görə şeytanı bəhanə etmələridir.

“...Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o sizin aşkar düşməninizdir.” (Bəqərə, 208). “Şeytanın addımlarına tabe olmayın. Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir.” (Nur, 21) “Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir.” (Nisa, 120)

Halbuki Quran şeytandan gələn vəsvəsələrdən xilas olmağın düsturunu verir insanlara: “Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar.” (Əraf, 200)

Əslində bir çoxumuz hər hansısa işi görməmişdən əvvəl qismən də olsa az-çox bilirik onun doğru olub-olmadığını, ya da kimin ondan razı qalacağını, Allahınmı, şeytanınmı. Amma nəfsimizlə bacara bilmirik və müxtəlif bəhanələrlə görməzliyə vururuq, bu həqiqəti bilə-bilə də özümüzü günaha sürükləyərik.

Şeytanın bizim açıq-aşkar düşmənimiz olduğunu və bizi günaha sürükləmək üçün əlindən gələn hər şeyi edəcəyini bilərək, Qurani-Kərim bizim də onu düşmən bilməyimiz lazım olduğu mövzusunda xəbərdarlıq edir. “Həqiqətən, Şeytan sizin düşməninizdir, belə isə onu (özünüzə) düşmən bilin! Həqiqətən, o, öz dəstəsini (ona uyanları) Cəhənnəmin alovlu odunun əhlindən olmağa dəvət edir.” (Fatir, 6).

İnsan gərək mövqeyini müəyyənləşdirsin ki, kimin tərəfindədir? Yaradanınmı, aldadanınmı? 

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru