Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Dekabr

2016
14:01
1600
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 11-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

10-CU YOL - NƏFSİMLƏ BACARMIRAM

11- HACIDAN, ALİMDƏN QORXMAQ LAZIMDIR

Sözügedən bəhanə xüsusilə xalqın müəyyən təbəqəsi tərəfindən hər fürsətdə dilə gətirilir və ayrı-ayrı hadisələrin ümumiləşdirilmiş formasıdır. Atılan səhv addım, ya da edilən günah iş səhv və cinayətdir. Kim tərəfindən edilib edilmədiyi, ancaq ikinci-üçüncü dərəcədə əhəmiyyətli ola bilər. Dindar olan, ya da o şəkildə qəbul edilən şəxsin törətdiyi cinayət də hamı kimi sadəcə özünə aiddir. Çünki bu cinayəti törətməsinin səbəbi dini inancı deyil, özüdür.

Dindar insanlardan qeyri-etik davranışların gözlənilməməsi çox təbiidir. Ancaq burada əhəmiyyətli olan məsələ şəxslərin hadisələr qarşısındakı hisslərində səmimi olub olmamalarıdır. İnsanlar işlədikləri cinayət qarşısında özlərini təmizə çıxarmaq üçün dindarların və ya dindar kimi görünənlərində də eyni şeylər etdiklərini söyləyirlər. Ya da dinə inanmaq istəmədiyi üçün xüsusilə pis nümunələri seçib, bu məsələlər vasitəsi ilə dinə və bütün dindarlara iftira atmağa da cəhdlər göstərir. Din daha çox insanların mənəvi dünyalarına xitab cəhətdən pis niyyətli şəxslər tərəfindən səhv şərh edilə bilər. 

Heç bir şərt irəli sürmədən, etibar edib bağlanılacaq yeganə söz, yalnız ilahi kəlam olan Qurandır. Buna görə də, dini mövzulardakı iddia və doktrinalar qəbul edilmədən əvvəl mütləq Quran süzgəcindən keçirilməlidir. Allaha iman, insanın bütün həyatına müsbət istiqamətdə təsir etməlidir. Əgər təsir etmirsə, demək, ya insanda, ya da insanın imanında problem var. Din hansısa hacının, alimin və ya təşkilatın inhisarında deyil, bəşəriyyət üçün endirilib.

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru