Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 Dekabr

2016
14:42
1914
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 10-CU YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

9-CU YOL - NƏFSİMLƏ BACARMIRAM

10- AİLƏMDƏ, YA DA BÖYÜDÜYÜM MÜHİTDƏ GÖRMƏMİŞƏM

Ətrafınızdakı bəzi insanların həyatlarına baxanda dini zərurətləri yerinə yetirmək üçün bircə əlamət belə, görmək mümkün deyil. Onlarla danışdıqda sizə haqq verdiklərini, amma ailələrində və ya böyüdükləri mühitdə daha əvvəl belə şeylərlə rastlaşmadıqlarını, bu məsələlərdə heç vaxt düşünmədiklərini bəhanə etdiklərini görərsiniz.

Bəzən insanın həyatında heç bilmədiyi, amma indi içində olduğu şərtlərə görə öyrənmək və şəxsən öz başına etmək vəziyyətində qaldığı saysız-hesabsız məsələlər olur. Və bütün yollara baş vuraraq bilmədiyini öyrənməyə çalışır. 

Heç bir bəhanə ardına sığınmaq lazım deyil. İş işdən keçdikdən sonra heç bir kömək olmur. Çünki hər bir insana istədiyi təqdirdə ağıl işlədib həqiqəti görə biləcəyi müddət verilib: “Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək». (Onlara deyiləcək:) «Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz».” (Fatir, 37)

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru