Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 Dekabr

2016
20:58
973
Dilimizdəki problemlərin həlli üçün YENİ ADDIM

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutu “Azərbaycan dilində durğu işarələri” adlı nəşr hazırlamağı nəzərdə tutur.

Bu barədə İnstitutdan məlumat verilib.

İnstitutdan bildirilib ki, bu məsələ artıq gələn ilin iş planına daxil edilib.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov Trend-ə bildirib ki, Azərbaycanın yazı mədəniyyətinin ən böyük problemi durğu işarələri məsələsidir.

Alimin sözlərinə görə, bu məsələnin həlli bir nəfər alimin yazdığı kitabla məhdudlaşdırılmamalıdır. Dilçilik İnstitutunun “Azərbaycan dilində durğu işarələri” kitabını nəşr etməsi vacibdir.

N.Cəfərovun sözlərinə görə, mətbuatda, yazılı nəşrlərdə durğu işarələrinin işlənməsi ilə bağlı çox ciddi problemlər var:

“Bu sahədə çox ciddi sistemsizlik var. Birinci qüsur odur ki, durğu işarələrinin işlənmə yeri müəyyənləşdirilsə də, yazılarda ona əməl edilmir. İkinci qüsur odur ki, cümlələrdə bəzi hallarda durğu işarələrinin qoyulmasının düzgün olub-olmadığı məlum olmur və bu, elmi cəhətdən əsaslandırılmır. Başqa bir məsələ isə üslubi məqamlarla bağlıdır. Bəzən cümlələrdə üslubi məqamlardan asılı olaraq, durğu işarələri qoyula bilər. Lakin bu məsələ də elmi baxımdan əsaslandırılmalıdır”.

N.Cəfərov qeyd edib ki, orta məktəblərdə durğu işarələri öyrədilsə də, şagirdlərə cümlələrin müəyyən yerlərində durğu işarələrinin qoyulub-qoyulmaması barədə konkret məlumat verilmir:

“Elmi əsasları məlum olmayan bir çox məqamlar var ki, onlar barədə də orta məktəblərdə məlumat verilmir. Ona görə də bu gün yazılı nəşrlərimizdə belə problemlər ortaya çıxır”.

N.Cəfərov hesab edir ki, Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilində durğu işarələri” adlı nəşrin hazırlanması bu kimi problemlərin aradan qaldırılmasına kömək edə bilər. (Trend)

Məqalədə : AMEA Azərbaycan dili 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 07:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru