Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Oktyabr

2017
16:15
459
Dilçilik İnstitutu: Сərimələrin tətbiqi ümumi işin faydasına olacaq

“Ədəbi dil pozuntularına qarşı tətbiq ediləcək cərimələrin miqdarı müəyyənləşdirilir”. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

O bildirib ki, cərimələr layihə şəklində müəyyən edildikdən sonra AMEA Rəyasət Heyətinin iclasında müzakirə ediləcək və müzakirənin nəticəsinə uyğun olaraq təsdiqlənməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim olunacaq.

Şöbə müdiri qeyd edib ki, cərimələrin əsasən hüquqi şəxslərə şamil olunması nəzərdə tutulur: “Tutaq ki, küçədə və ya ictimai nəqliyyatda iki nəfər ləhcə ilə danışırsa, onlar cərimə oluna bilməz. Məişət şəraitində fiziki şəxslərdən ədəbi dil qaydalarına riayət etmələri tələb oluna bilməz. Cərimələr əsasən televiziya-radio proqramları, reklam çarxları, reklam lövhələrindəki dil pozuntularına qarşı tətbiq ediləcək. Hesab edirik ki, cərimələrin tətbiqi ümumi işin faydasına olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün cərimələrin tətbiq edilməsi təklif edilib.

Məqalədə : Dilçilik İnstituti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru