Tarix:12-01-2017 11:22
Dəfn xərcləri: Qurd qapısı qəbiristanlığında qiymətlər...
Norveçdə dəfn xərcləri kilsəyə ödənilən vergi ilə tənzimlənir
Şərh yaz
Ölmək yaşamaqdan daha bahalıdır. Bu, kimlərəsə bir qədər pafoslu cümlə təsiri bağışlasa da, əslində reallıq bundan da pisdir. Çünki ölkəmiz də daxil olmaqla, bir çox dünya ölkələrində insanların vəfatının yaxınlarına xeyli əziyyət, ciddi məsrəflər gətirdiyi məlumdur. 
 
Bu günə qədər Azərbaycan miqyasında bu rəqəmlərlə sizi zaman-zaman tanış etmişik. Bakı qəbiristanlıqlarında gündən-günə qiyməti yüksələn qəbir yerləri, məzar yeri çatışmazlığı ən çox müzakirə olunan mövzulardandır. Öncə ölkəmizdəki qiymətləri yada salıb, daha sonra dünyadakı duruma da nəzər salaq. 
 
 
Bakının bahalı və ucuz qəbir yerləri
 
Ev qiymətləri kimi, qəbir yeri qiymətləri də heç şübhəsiz ki, qəbiristanlığın yerləşdiyi məkandan asılıdır. Ərazinin şəhərə yaxınlığı qiymətlərdə xüsusi yer oynayır. 
 
Biləcəri qəbiristanlığı - 400-500 AZN 
Xırdalan qəbiristanlığı - 800-1500 AZN 
Badamdar qəbiristanlığı - 800-2000 AZN 
Günəşli qəbiristanlığı - 600-1500 AZN 
Qaraçuxur qəbiristanlığı - 200-1000 AZN 
Qurd qapısı qəbiristanlığı - 2000-3000 AZN 
Hövsan qəbiristanlığı - 150-300 AZN 
 
Bu qiymətlər təbii ki, stabil deyil. İldən-ilə, şərtlərə və şəraitə uyğun dəyişir. Qonşu Türkiyədə də vəziyyət bizdəkindən yaxşı deyil. İstanbulda ən baha məzarlıq Aşiyan, Zincirliköy, Karacaahmet, Çengelköy və Ulusdur. Bu məzarlıqlarda İstanbulun və Türkiyənin ən zəngin ailələrinin qəbirləri var. Burada qiymətlər 9 min türk lirəsindən başlayaraq 18 minə qədər yüksəlir. Azərbaycan manatı ilə 4500 manatdan 9 min manata qədər... Ancaq ümumi olaraq Türkiyədə ortalama bir məzar yerinin qiyməti 90 lirədən (45 manat) 3 min lirəyə (1500 manat) qədərdir.
 
Türkiyədə durum bərbaddır - ev qiymətinə qəbir yeri satılır
 
“Yeni Müsavat” Türkiyənin “Hürriyet” qəzetinə istinadən yazır ki, İstanbulun “göbəyində” basdırılmanın qiyməti lüks bölgələrdəki ev qiymətlərini də geridə qoyub. Elanlarda bir kvadrat metri 150 min lira (75 min manat) olan məzar yeri üçün 2 milyon 400 min lirə (1 milyon 200 min manat) istənilir. 
 
Məzar yeri məşhur ailələrə yaxın olanda isə qiymətlər türk lirəsi yox, dollarla hesablanır. Məsələn, Sabançı ailəsinin yaxınlığında, 2 kvadrat metr sahəsi olan qəbir yeri 250 min dollardır. Bu qiymətə şəhərin ən bahalı bölgəsi olan Nişandaşında 2+1 lüks mənzil almaq mümkündür. 
 
1 yanvar-31 dekabr 2017-ci il tarixləri arasında keçərli olan qiymət təriflərinə görə, əl yandıran qəbir yerləri məlum olub. İstanbulun Anadolu bölgəsində Çengelköy və Karacaahmet, Avropa tərəfində isə Zincirlikuyu, Ulus, Rumelihisarı (Aşiyan), Abide-i Hürriye ve Nafibaba qəbiristanlıqları bu siyahıdadır. Bu qəbiristanlıqlarda yer qiyməti ötən il olduğu kimi 6 min lirədir. (3 min manat) Amma bu qəbiristanlıqlardakı boş qəbir yerinin qiyməti isə 13.64 faiz artıb. 
 
Qonşu İranda da qəbir yerləri pulludur. Amma burada da istisnalar var. Məsələn, İranda 500 min tümən (260 dollar) 270 min tümən (145 dollar), 150 min tümən (80 dollar) qiymətlərində məzar yerləri var. Ancaq xüsusi baha yerləri olan məzarlıqlar da var. Məsələn, Tehran yaxınlığında yerləşən İran-İraq müharibəsi şahidlərinin dəfn olunduğu “Behişte-Zəhra” (“Zəhra cənnəti”) məzarlığı ölkədə ən bahalı qəbir yerlərinin olduğu yerdir. Burada qiymətlər 350 min tüməndən 15 milyon tümənədək (180 dollar-7700 dollar) dəyişir. Daha bir bahalıq məzar yerləri ziyarətgahlar ərazisində olur. Bu cür yerlərdə dəfn olunmaq arzusunda olanlar çox olduğundan bura xüsusi qiymətlər qoyulub.
 
Almaniyada qəbir yeri 2400 avrodur
 
Keçək Almaniyaya. Bu ölkədə yas mərasimi ümumən 7 min avroya başa gəlir. Bu qiymət əsasən qəbir yerindən, xidmət və atributlardan asılıdır. Statistikaya görə, mərhumların 60 faizini qəbirlərdə basdırırlar, 40 faizini isə yandırırlar. 
 
Qəbiristanlıqda basdırılma variantı bahalıdır. Yeri almaq olmaz, onu ancaq kirayələmək mümkündür. Adətən bu cür kirayələmə müqavilələri 20 ili əhatə edir. Sözügedən müddət bitəndən sonra kirayənin müddətini də uzatmaq olar. 
 
Alman qəbiristanlıqlarında bir qəbir yerinin qiyməti 2400 avrodur. Bu qiymətə qəbirə illik qulluq xidməti haqqı olan 600-800 avroluq məbləği də əlavə etmək mümkündür. Kilsələrin yanında salınan qəbiristanlıqlarda qəbir yeri qiyməti daha aşağıdır, nəinki bələdiyyələrinkində. 
 
Ən məsrəfsiz variant heç şübhəsiz ki, anonim kremasiya sayılır. Bu üsul 2 min avroya başa gəlir. Bu halda da külü qəbiristanlığın ərazisində, xüsusi meşədə basdırmaq və ya dənizin üstünə tökmək mümkündür.
 
Dəfn mərasimi isə ümumilikdə 100 avro ilə 4 min avro arasında məsrəfə başa gəlir. Bu da tabutdan, eləcə də digər dəfn aksessuarlarından asılıdr. Əgər bunun üçün ailənin pulu yoxdursa, dövlət öz hesabına bu xərci ödəyə bilər. Amma buna görə ailənin bu dəfn mərasimini gerçəkləşdirmək üçün maddi imkanı olmadığını rəsmi müraciətlə bəyan etməsi lazımdır. Az qala hər dörd ölüm hadisəsindən birində bu hal baş verir. 
 
Braziliyada hər kvadrat metr sahə üçün 45 avrodur
 
Braziliya nümunəsinə keçək. Bu ölkədə qəbir yeri hər kvadrat metr sahəyə görə 45 avro təşkil edir. Amma bu, 3 illik dönəm üçün nəzərdə tutulan qiymətdir. 5 il üçün isə bu qiymət 131 avrodur. Böyük şəhərlərdə qiymətlər nisbətən baha, kiçik şəhərlərdə isə daha ucuzdur. 3 ildən sonra qəbir yerinə görə yenidən pul ödəmək lazımdır. Əgər sözügedən müddətin sonunda qəbir sahibi yaxınlarından heç kim müraciət etmirsə, bu halda qəbirlər ümumi qəbiristanlığa köçürülür.  Əgər qəbiristanlıq doludursa, bu halda administrasiya özü 3 il sonra mərhumun yaxınlarından qəbiristanlıq yerini boşaltmağı xahiş edir. 3 il sonra isə mərhumun birinci dərəcəli qohumları qəbir yerinin köçürülməsi və ya kremasiya üçün müraciət edə bilər. 
 
San Pauloda belə bir qanun hökm sürür. Əgər insan öz orqanlarının bağışlanması ilə bağlı vəsiyyət yazıbsa, bu halda ölümündən sonra yaxınları heç bir vergi və ya ödəniş həyata keçirmirlər. Bu ölkədə seçilmiş qəbir yerləri anlayışı yoxdur. İmkanlı ailələr üçün əsas olan odur ki, onlar hamısı bir ərazidə basdırılsınlar. Varlılar əsasən o ərazini öncədən bütöv şəkildə alırlar. Adətən mərhumun yaşadığı yerə yaxın və ya ailənin digər fərdlərinin basdırıldığı qəbiristanlıqlar seçilir. Əgər mərhumun ölümündən öncə dəfni ilə bağlı özəl vəsiyyəti var idisə (məsələn, külünü dənizin üzərinə səpmək kimi) bunu da həyata keçirirlər. 
 
Norveçdə ömür boyu kilsəyə vergi ödəyir, axırda isə...
 
Keçək Norveçə. Bu ölkədə isə qəbiristanlıq yerini kilsə müəyyənləşdirir. Mərhumun basdırılacağı yer onun harda yaşamasından, hansı yerdə doğulmasından asılıdır. Əgər ailə qəbir yeri üçün kriteryalarından fərqli bir məkan seçirsə, bununla bağlı kilsəyə yazılı sorğu göndərməlidilər. Hər bir norveçli ömrü boyu kilsə vergisi ödəyir - maaşının 2 faizi həcmində. Ona görə də sənədlərin rəsmiləşdirilməsi ilə bağlı xərclər o qədər də böyük olmur. 
 
Dəfn mərasimi isə 2 min avro təşkil edir. Burda da qəbir yeri 20 illiyinə alınır. Amma qohumlar qəbirə qulluq üçün xüsusi məbləğ ödəməlidir. Bunun üçün ildə 100 avro ödəmək lazımdır. 20 il sonra isə müqavilə yenilənməlidir. Bu isə ildə 100 avro məbləğinə başa gəlir. Əks halda, qəbir yeri alınacaq. Yeri gəlmişkən, norveçlilər sağ ikən də özlərinə qəbiristanlıqda yer saxlaya bilərlər. Bunun üçün də ildə 100 avro ödəmək lazımdır. Boş məzar yerini 20 ildən artıq saxlamaq mümkün deyil. Əgər mərhumun heç bir qohumu qalmayıbsa və ya sosial sığınacaq evində qalıbsa, hökumət onun dəfn və basdırılma xərclərini öz üzərinə götürür. 
 
Gürcülərdə hər şey ucuz, basdırılmaq da... 
 
Finlandiyada da vəziyyət fərqli deyil. Orda da insanlar hər ay məvaciblərinin 1.75 faizini kilsəyə ödəyirlər. Məhz buna görə də insanları pulsuz dəfn edirlər. Mərasimi isə məhz kilsə özü təşkil edir. Mərasim zamanı gələnlərə kofe, bulka verilir və ya böyük bir masa açılır. Yeməyin miqdarı mərhumun ümumən kilsəyə ödədiyi verginin məbləği ilə ölçülür. Maraqlıdır ki, qohumları dəfn mərasimi üçün heç nə ödəmirlər. Əgər mərhumun kilsəyə hər hansı ödəməsi olmayıbsa, bu halda dəfn xərclərini hökumət özü ödəyir. Qohumlar öz vəsaitləri hesabına ancaq qəbir üstünə gül alırlar. 
 
Tiflisdə isə 26 qəbiristanlıq var. Əgər ailənin qəbiristanlıqda xüsusi yeri yoxdursa, bu halda şəhər administrasiyasına müraciət etmək olar. Administrasiya satın alınmalı qəbir yerini özü müəyyən edir. Bu yer və dəfn xərcləri 250 lari (125 avro) məbləğində olur. 15 ildən sonra sanitar xidmətinin icazəsi ilə həmin məkanda yeni bir dəfn gerçəkləşə bilər. Əgər şəxs sosial müdafiəyə ehtiyacı olan kateqoriyaya aiddirsə, bu halda dəfn və qəbiristanlıq məsrəflərini meriya öz üzərinə götürür. Hələlik Gürcüstanda krematoriyalar yoxdur. Pravoslav kilsəsi tamamən kremasiyanın əleyhinədir. 
 
Amma bununla paralel, ölkədə bahalı qəbiristanlıqlar da var. Orada isə qəbir yerləri 1000 lari (500 avro) təşkil edir. Belə dəfn mərasimlərini isə adətən əhalinin varlı kəsimi təşkil edir. Bu halda dəfn məsrəfləri də olduqca yüksək olur. 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Dəfn - xərcləri: - Qurd - qapısı - qəbiristanlığında - qiymətlər... -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:12-01-2017 11:22 - Oxundu: 556
Ölkə
21-02-2017 21:48 Ramil Usubov Berlində Avropa Polis Konqresinə qatılıb
21-02-2017 20:57 Sabah bu ərazidə qaz olmayacaq
21-02-2017 16:50 İmişlidə DƏHŞƏTLİ YANĞIN: Bir ailənin 6 üzvü evsiz qaldı - VİDEO
21-02-2017 15:30 TRT 1-in Azərbaycanda yayımının bərpasına dair razılıq əldə olunub
21-02-2017 14:46 Azərbaycanda ana ölümlərinin ƏSAS SƏBƏBİ
21-02-2017 12:28 Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib
21-02-2017 11:52 Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək
21-02-2017 10:53 Banklarda dolların alış-satış qiymətləri- SİYAHI
21-02-2017 10:01 Bakıda 219 binanın söküntüsünə başlanıldı - VİDEO
21-02-2017 09:44 Dərbənd azərbaycanlılarının tanınmış nümayəndəsini "İnterpol" əsir saxlayıb
21-02-2017 09:24 Yol qəzaları ilə bağlı ilin İLK STATİSTİKASI
21-02-2017 09:05 Mədəniyyət evləri, klub və kinoteatrlar satışa çıxarıldı
20-02-2017 21:58 Xəzərdə üzən təmizləyici stansiya yaradılır - FOTO
20-02-2017 21:31 Uşaqlar arasında erkən nikah, cinayət, intihar... - STATİSTİKA
20-02-2017 20:58 Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı sərəncam imzalanıb
20-02-2017 16:24 Artur Rasızadənin hesabatının vaxtı açıqlandı
20-02-2017 15:52 Azərbaycanda mal ətinin qiyməti yenə qalxıb - SON DƏQİQƏ
20-02-2017 14:11 Bakının 6 rayonunda qaz olmayacaq
20-02-2017 12:24 Bakıda satılan 469 manatlıq ətir saxta çıxdı - İDDİA
20-02-2017 12:11 Bakıda bir ailənin beş üzvü dəm qazından zəhərlənib, biri ölüb
20-02-2017 11:44 İnstitut direktoru: "Blogger" kimi sözlərin qarşılığını tapmalıyıq
20-02-2017 10:50 Diqqətli olun, sizi 41 min manat cərimə edə bilərlər
20-02-2017 10:40 Gömrüyün rəisi Qubada qəbul keçirəcək
20-02-2017 10:15 Bakının bir neçə rayonunda qaz olmayacaq
20-02-2017 10:03 Dövlət Yol Polisi bölmələrindən birinə yeni rəis təyinatı olub
20-02-2017 09:18 Azərbaycanın bu mobil operatorundan tariflə bağlı YENİ XƏBƏR
18-02-2017 13:33 İtkin düşən neftçilərdən daha birinin meyiti tapılıb
18-02-2017 13:21 Bakıda 1 nömrəli avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib - FOTO
18-02-2017 13:00 Göyçay sakinlərini ölümə sürükləyən kimdir? - FOTO
18-02-2017 12:15 Avto-kreslo qalmaqalına nöqtə qoyuldu - "Heç bir cəza olmayacaq"
18-02-2017 11:12 Tapılan şəxsin itkin düşən neftçi olub-olmadığı araşdırılır
18-02-2017 10:56 Lerikdə qar 1 metri keçdi - FOTO
18-02-2017 10:51 Rüşvət alan direktorun görüntüləri yayıldı - VİDEO
18-02-2017 10:39 Gölə yaxın yaşayanlar qorxu içində qarın əriməsini gözləyir
17-02-2017 16:58 Bakıda "Təcili yardım" xəstəni aparmaqdan imtina etdi - GƏNC QIZ ÖLDÜ
17-02-2017 16:26 Azərbaycanda əhalinin sayı açıqlanıb
17-02-2017 16:02 Ağsu dolaylarında hərəkət bərpa olundu - FOTO
17-02-2017 15:22 "Novruz bayramında əfv sərəncamı imzalanmalıdır"
17-02-2017 15:01 Ərəblərin 6-təkərli "Gelandewagen"ləri Neftçalada batdı - FOTO
17-02-2017 14:22 Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar qərar qəbul edəcək
17-02-2017 12:36 Sabah hava yağmursuz keçəcək, yollar buz bağlayacaq
17-02-2017 12:20 Ölkəni tərk edənlərin sayı niyə artır?
17-02-2017 12:10 Milli Məclis rəhbərliyi baş redaktorlarla görüş keçirir
17-02-2017 10:22 Bakı yollarındakı vəziyyət açıqlanıb
17-02-2017 10:06 Düşmən minaatanlardan, qumbaraatanlardan atəşkəsi 40 dəfə pozub
16-02-2017 21:03 Sabah Bakı və Abşeronun bəzi hissələrində qaz olmayacaq
16-02-2017 20:47 Azərbaycanda əmək pensiyaçılarının sayı açıqlanıb
16-02-2017 20:23 Əfv Komissiyasının iclası keçirilib
16-02-2017 16:52 Rejissor Şahin Zəkizadə vəfat edib - SON DƏQİQƏ
16-02-2017 16:11 Paytaxtın bəzi yerləri qazsız qalıb
16-02-2017 16:05 Azərbaycanın regionlarından Moskvaya aviareyslər açılır
16-02-2017 14:35 Britaniyalı hüquqşünası Bakıya buraxmadılar
16-02-2017 14:01 DYP-dən sürücülərə və piyadalara xəbərdarlıq
16-02-2017 13:58 Bakının bəzi yollarında sürət həddi azaldılıb
16-02-2017 12:04 "Xocalı faciəsdə o zamankı ölkə rəhbərliyinin günahı olub"
16-02-2017 11:53 Azərbaycanda məşhur bankın 6 filialı bağlandı
16-02-2017 11:21 Tarif Şurası: On min dərman vasitəsinin qiyməti tənzimlənib
16-02-2017 11:16 Süni qiymət artımından prezidentə – ŞİKAYƏT
16-02-2017 11:07 Şikayətin daha çox gəldiyi rayonlar - Bakı, Şəki, Lənkəran...
16-02-2017 10:59 Ən çox vətəndaş qəbul edən nazirin adı açıqlanıb - TAM SİYAHI

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az