Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
13:39
581
Deputatdan şagirdlərlə bağlı maraqlı təklif

“Şagirdlər məcburi şəkildə həftədə bir dəfə hovuzda üzgüçülüyə cəlb edilməlidir. Bu, dövlət hesabına həyata keçirilməlidir”. FaktXeber.com-un Report-a istinadla verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin deputat Elmira Axundova deyib.

O xatırladıb ki, Azərbaycan böyük çaylar axır: “Hər il yüzlərlə insan Xəzər dənizi, Kür və Araz çaylarında boğulurlar. Avropa təcrübəsini öyrənəndə görürük ki, orada şagirdlərə üzgüçülüyü öyrətməyə çalışırlar. İnanın, heç bir artıq xərc insan həyatından önəmli deyil”.

Deputat sənədsiz evlər məsələsinə də toxunub: “Xalq arasında “kupça” adlı sənədin verilməsinin sadələşdirilməsi haqqında sərəncamı yüksək qiymətləndirirəm. 20-30 ildir orada yaşayır, kommunal xərclər ödəyirlər, lakin əllərində bir sənəd olmadığından onlar dövlətə nə əmlak vergisi ödəyə bilirlər, nə də bu evlər alqı-satqı predmetidir. Ona görə də dövlətə ödəniləcək əlavə vergilər büdcəyə yox, kimlərinsə ciblərinə axır. Halbuki bu evlər sənədləşsə, dövlət təxmini heablamlara görə 300-500 milyon manat əlavə gəliri büdcəyə yönəldə bilər. Nə üçün bu leqal gəlirdən imtina edərək, hansısa məmurun “qara kassa”sını doldururuq”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Elmira Axundova 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-03-2019 21:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com