Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

13 Mart

2017
14:59
721
Deputat pensiyalarla bağlı dəyişiklikləri şərh edib

Milli Məclisin üzvü Tahir Kərimlinin "Əmək pensiyası haqqında" qanuna edilən dəyişikliklərə münasibət bildirib.

T.Kərimlinin sözlərinə görə,  sosial müdafiə sisteminin saxlanılması üçün dövlət büdcəsindən 3 milyard 400 milyon manat vəsait ayrılıb. Onun 3 milyard 214 milyonu pensiyanın ödənilməsi, yerdə qalır 186 milyonu sistemin saxlanılması üçündür:

“Və bilirik ki, büdcədən 15 faiz ayrılanda bu edir 319 milyon. 10 faiz limit də edir 218 milyon. Hesab edirəm ki, fərdi hesabın sığorta hissəsindəki payın 90 faizə qaldırılması, yəni fərdi hesabın sığorta hissəsində kifayət qədər pul qalması üçün bəlkə də 15%-in 8 faizə endirilməsi kifayətdir. Əgər dövlət büdcəsindən 186 milyon sistemin saxlanılmasına bəs edirsə, biz nə üçün 319 milyon ayırmalıyıq? Və demək olar ki, 133 miliyon manat xərclənmədən ildən ilə keçəcək. Ona görə də təklif və təkid edirəm ki, heç olmasa 10 faiz olsun. 218 miliyon pul kifayətdir və üstəlikdə 32 milyon artıq pul qalır. Yəni 218 miliyon sistemin saxlanılmasına bəs etdiyinə görə 32 miliyon artıq qalır və üstəlik hər il 101 miliyon manat pensiyaların sığorta hissəsinə keçəcək ki, bu da vətəndaşlarımızın pensiyaya çıxan zaman pensiyasının artımına çox ciddi təsir edəcək. 

101 miliyonu heç kim inkar edə bilməz, ola bilər ki, yarım miliyon, bir miliyon fərq edə bilər. Bu dəqiq rəqəmdir ki, bunu vətəndaşlara vermək lazımdır. 

Mən onu da deyim ki, Beynəlxalq Sosial Səğortalar Fondları Assosasiyası Azərbaycanda sosial müdafiə sisteminin fəaliyyətini yüksək qiymətləndirib. Əlimdə sənəd var, Rusiyanın baş nazirinin müavini qeyd edir ki, Azərbaycan dünyada yeganə dövlətdir ki, Elektron Əmək Müqaviləsi sistemi tətbiq edir. Bu müsbət haldır. Beynəlxalq təşkilatlar qeyd edir ki, Azərbaycan Şərqi Avropada və MDB məkanında yeganə dövlətdir ki, mərkəzləşdirilmiş şəkildə pensiya ödəmə sistemi var. Bu yaxşıdır. 

Ancaq biz bilirik ki, pensiyanın verilməsi 3 mərhələdən başlayıb. Müstəqilliyimizə-1992-ci ilə qədər, 1992-ci ildən 2006-cı ilə qədər, 2006-dan bugünə qədər. 

1992-cı ilə qədər 90 min insan pensiyaya çıxıb ki, bunun üçün də dövlət büdcəsindən 147 miliyon manat pul ayrılıb. Mən hesab edirəm ki, dövlət həmin adamların pensiyasının ödənilməsi üçün kifayət qədər vəsait ayırmalıdır. Bu sistemləri ona görə dedim ki, əgər avtomatlaşdırılmış sistem varsa, bu nə deməkdir? Bu o deməkdir ki, insanlar başqa yollarla pensiyaya çıxmasınlar, əlilliyə çıxmasınlar və başqa yollarla özlərinə əlillik status almasınlar. 

Təsəvvür edək ki, Azərbaycanda 1.3 miliyon çox pensiyaçı, 300 mindən çox əlilimiz var. Bunun qarşısını almaqdan ötrü bu sistemi işə salmaq lazımdır. 

İnsanların orta ömür səviyyəsi ilə pensiyaçıların orta ömür səviyyəsi tamamilə fərqlidir. Qadın pensiyaçıların orta ömür müddəti 78.5 yaşdır. Kişilərin isə 77.4 yaşdır. Belə çıxır ki, dövlət 60 yaşından pensiyaya çıxan qadını saxlamaq üçün 18 il yarım, 63 yaşında pensiyaya çıxan kişini saxlamaq üçün 14 ildən artıq əlavə vəsait xərcləyir. 

Xüsusi bir şeyi də xahiş etmək istəyirəm. Bilirik ki, dövlətimiz qeyri-neft sektorunun inkişafı ilə bağlı proqramlar işləyir. Təkid edirəm ki, elm və təhqiqat institutlarından başqa, kənd təsərrüfatı müəssələrində işləyən alimlərimizə də elmlər doktoru və namizədi üçün nəzərdə tutulan 200 manat-120 manat əlavələr ödənilsin. Bu, kənd təsərrüfatının inkişafı üçün çox zəruri bir məsələdir”.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Şərhler
Ağaməmmədov Rəcəb Ağaməmməd oğlu tarafından 13-03-2017 21:20:52 Tarihinde yazıldı
Xalqımızın istəyi ola bilməz !
Çox hörmətli millət vəkilləri öz fikirləri söyləsələr də bilməlisiniz ki xalqımız sizinlə razılaşa bilmir.Statistik məlumata görə azərbaycanlıların ömrü əksəriyyəti altmış yetmişi zor gücü ilə yaşayır.Millətin istəyi budur ki xanımlar əlli beş bəyzadələr isə altmış yaşında təqayüdə çıxsınlar.Onda xalqın rifahı yaxşı olar.Sovet dövründə insanlar çox ağıllı olublar. İndi belə çıxır ki vəzifəni milli məclisdəkiləri qoruyub saxlamaqdan ötəri kim sağ qalsa beş ildən bir xalqımız gücə düşüb sizlərə səs versin. Müəllimləri imtahana göndərə bilirsiniz sizləri imtahana göndərən yoxdur.Siz də bizikimi ali təhsillisiniz.Sizin aylıq maşınız çox müəllimlərin isə azdır.Atestasiyaya gedib birdən müəllimin marşı min manat olar xəbərimiz olmaz.Birinci vəzifədə oturanları və millət vəkillərini imtahana çəkmək lazımdır.Ağıllı adamlar onsuz da şagirdlərin qarşısında imtahandadırlar.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru