Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2018
14:25
4340
Dembeleyə yeni müştəri çıxıb

"Arsenal"a transferi baş tutmayan fransız futbolçu üçün yeni müştəri çıxıb.

FaktXəbər-in məlumatına görə, ötən mövsümün əvvəlində "Barselona"ya böyük ümidlərlə transfer olunan, ancaq keçən müddətdə gözləntiləri doğurltmayan Osman Dembele ilə PSJ-nin maraqlandığı bildirilir.

"Mundo Deportivo" transfer dövrü ərzində "Arsenal"ın gündəmində yer alan, ancaq London klubunun heyətinə cəlb etməyi bacarmadığı Dembele üçün PSJ-nin ciddi təklif etməyə hazırlaşdaığını yazıb.

Xəbərdə qeyd edilir ki, PSJ-nin yeni baş məşqçisi Tomas Tuçel ilə Dembele "Borusiya Dortmund"da birlikdə işləyiblər. Bundan başqa isə onlar bir-biri barədə tez-tez komplement səsləndiriblər.

Qəzet bununla yanaşı yazır ki, "Barselona" rəhbərliyi astronomik təklif almadığı müddətdə Dembeleyi əldən buraxmağı düşünmür.

"Borusiya Dortmund"dan "Barselona"ya 105 milyon avroya transfer olan Osman Dembele zədələndiyi üçün ötən mövsüm 23 rəsmi oyunda yaşıl meydana çıxa bilməmişdi. Qalan oyunlarda isə Katalon komandasına 3 qol, 7 asistlik töhfə vermişdi.

Məqalədə : Dembele 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
175

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
102
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 23:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru