Tarix:12-01-2017 13:02
Daşınmaz əmlakın qeydiyyatında YENİLİK
Şərh yaz
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatında daha bir yenilik - "Əmlakın qeydiyyatı Kalkulyatoru" vətəndaşların istifadəsinə verilib.
 
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
 
Bildirilir ki, indi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində (emdk.gov.az) ilk dəfə olaraq "Əmlakın qeydiyyatı Kalkulyatoru" yaradılaraq əhalinin istifadəsinə verilib. Komitə tərəfindən bu gün media, qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib.
 
Tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və tapşırıqlarına əsasən əmlakın qeydiyyatı sisteminin sadələşdirilməsi, sosial innovasiyaların tətbiqi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir. Bildirilib ki, "Əmlakın qeydiyyatı kalkulyatoru"nun təqdimatına həsr olunmuş bu tədbir də belə yeniliklərin davamıdır. Bu mühüm addımın qeydiyyat xidmətlərində şəffaflığın və maarifləndirmənin daha da artırılması və rahatlığın maksimum təmin edilməsi məqsədini daşıdığı nəzərə çatdırılıb. Qeyd edilib ki, "Əmlakın qeydiyyatı kalkulyatoru" sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala biləcəklər. Bu isə öz növbəsində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Vətəndaşlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Bu yenilik vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır.
 
Qeyd edilib ki, indiyədək aparılan islahatlar və tətbiq edilən yeniliklər sayəsində əmlakın qeydiyyatı qat-qat sadələşib. Hazırda tətbiq olunan "bir pəncərə" prinsipi sayəsində fiziki və hüquqi şəxslər öz əmlaklarını yalnız bir ünvana - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməklə rahatlıqla sənədləşdirirlər. Digər sosial tədbirlər sırasında komitənin "Kütləvi çıxarış" kampaniyası və mobil ofis xidmətləri xüsusilə vurğulanıb. Qeyd olunub ki, bu xidmətlər sayəsində hətta ən ucqar kəndlərdə, qəsəbələrdə belə qeydiyyat xidmətləri vətəndaşlara əlçatan olub. Vətəndaşlara məxsus çoxsaylı mənzillər, fərdi yaşayış evləri, torpaq sahələri respublika üzrə müntəzəm keçirilən belə kampaniyalar çərçivəsində sənədləşdirilir.
 
Qeyd edək ki, indiyədək görülən tədbirlər nəticəsində Azərbaycan daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə, dünyada ön sıralarda dayanır. Bunu hər il dərc olunan "Doing Business" beynəlxalq hesabatının reytinq göstəriciləri də təsdiq edir. Ölkəmizdə əmlakın qeydiyyatı dünyanın inkişaf etmiş ölkələrinin bir çoxundan sadə, rahat və operativdir, qeydiyyat prosesinə daha az prosedur və müddət sərf edilir. Nəticədə əhalinin əmlakın qeydiyyatına marağı artmaqda, ölkədə qeydiyyata alınmış əmlakların sayı yüksəlməkdədir.
 
Tədbirdə "Əmlakın qeydiyyatı kalkulyatoru"ndan istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və əyani nümayiş etdirilib. Qeyd edilib ki, yeni funksiya komitənin daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərdiyi bütün xidmətlərini əhatə edir. "Əmlakın qeydiyyatı kalkulyatoru" sadə və məntiqi tərtib edildiyindən ondan istifadə qaydaları çox sadə və anlaşılandır. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azad etmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir. Belə ki, daşınmaz əmlakların ilkin qeydiyyatı, alqı-satqısı, bağışlanma, dublikatın verilməsi, texniki pasportların və plan ölçülərin alınması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqı elektron qaydada hesablanır. Hesablanmadan əvvəl istifadəçi əmlakın yerləşməsi və sahəsini də qeyd edir və bu xüsusiyyətlər də nəzərə alınmaqla yekun rəqəm göstərilir. Eyni zamanda, bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydasıyla aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var. İstifadəçilər kalkulyatordan maraqlandıqları xidməti, əmlaklarının olduğu şəhər-rayonu, eləcə də xidmətin hansı müddətə göstərilməsini seçərək ödəyəcəkləri dövlət rüsumu və xidmət haqqını dəqiq bilmiş olur.
 
Bu yenilik qeydiyyat prosesinin daha yaxşı planlaşdırılmasına, daşınmaz əmlakın qeydiyyatı və digər xidmətlərin daha əlçatan və sadə olmasına imkan verəcək və əhalini əmlakını sənədləşdirməyə həvəsləndirəcək. (Trend)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : N
Teqlər :
daşınmaz_əmlak - qeydiyyat -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:12-01-2017 13:02 - Oxundu: 841
Ölkə
26-04-2017 16:59 Vüqar Bayramov: "Vahid taksi qiymətinin tətbiqi rəqabəti boğacaq"
26-04-2017 16:12 Axşam saatlarında bu küçələrdə hərəkət çətinləşəcək
26-04-2017 15:41 Almaniyadan olan turist piyada Azərbaycana gəlib
26-04-2017 14:34 Mətbuat azadlığı reytinqində 180 ölkə arasında 162-ci yerdəyik
26-04-2017 14:34 "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyası uşaq hüquqlarına dair tədbir keçirdi
26-04-2017 12:57 Bakı-Sumqayıt yolunda qəzanı belə sürücülər yaradır - VİDEO
26-04-2017 12:53 Azərbaycan Milli Kitabxanası - FOTOLAR
26-04-2017 12:40 Builki Gül bayramı ilə bağlı - İcra Hakimiyyətindən AÇIQLAMA
26-04-2017 12:30 Azərbaycanda yeni dərman zavodu inşa olunacaq
26-04-2017 12:15 "Azərbaycanda halal turizmlə bağlı standartlar hazırdır"
26-04-2017 11:37 DYP sizi 60 AZN cərimə edə bilər - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
26-04-2017 11:34 Daha 4 "ASAN xidmət" mərkəzi inşa olunur
26-04-2017 11:20 "Kral Holding" Şirkəti məhv olmaq təhlükəsi ilə üz-üzə
26-04-2017 10:59 Artıq texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq
25-04-2017 22:22 Bakıda küçə ticarətinə qarşı REYD
25-04-2017 22:05 Ədliyyə orqanlarında çalışmaq istəyənlər DİQQƏT - VAXT BİTİR
25-04-2017 17:23 Əflatun Amaşov "Şöhrət" ordeni ilə təltif edilib
25-04-2017 16:11 Bakıda metroda maraqlı hadisə kameraya düşdü - VİDEO
25-04-2017 16:04 AİP Məbəs bayramı münasibəti ilə xalqımızı təbrik edib
25-04-2017 15:58 Xaçmaz İcra Hakimiyyəti meymun heykəlinə pul tapır, şəhid ailəsinə yox – FOTO
25-04-2017 15:38 Cəmil Quliyev növbəti dəfə İTV-nin baş direktoru seçilib
25-04-2017 15:21 Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin SAYI açıqlandı
25-04-2017 14:29 Evinizi mehmanxana edə bilərsiniz - QANUN TƏSDİQLƏNDİ
25-04-2017 14:14 Gözün buynuz qişasının idxalı və transplantasiyasına icazə verilib
25-04-2017 14:06 Milli Məclisin foyesində siqaret çəkmək qadağan olunub
25-04-2017 12:51 Korrupsiya haqqında məlumat verənə təzyiq edənlər CƏRİMƏLƏNƏCƏK
25-04-2017 12:36 Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
25-04-2017 12:22 Övladlığa uşaq götürmək istəyənlər, bunu nəzərə alın
25-04-2017 12:21 Sürücülər piyadalardan daha məsuliyyətlidirlər - RƏSMİ
25-04-2017 12:03 Azərbaycanda hotellərin sayı artırılacaq
25-04-2017 11:11 "Səni tutub salacağıq içəri" - Sakindən Abutalıbova -VİDEO
25-04-2017 10:55 BƏƏ-dən gələn turistlərin sayı 22, İraqdan gələnlərin sayı 30 dəfə artıb
25-04-2017 10:36 Azərbaycan hotellərində də halal turizm standartları tətbiq ediləcək
25-04-2017 10:35 4 küçədə üfüqi nişanlanma xətləri rənglənəcək
25-04-2017 10:25 Bu gün Avropa İttifaq ilə Azərbaycan arasında danışıqlar başlanılır
25-04-2017 09:58 Azərbaycanda 2 yaşlı uşağa siqaret çəkdirdilər - VİDEO
25-04-2017 09:50 Yasamalda gərginlik: Sakinlərin evlərini sökmək istədilər - VİDEO
25-04-2017 09:09 Tovuzdakı müəmmalı qətlin üstü açıldı
24-04-2017 22:04 Bakıda metro qatarı tuneldə qalıb
24-04-2017 20:54 Apteklərdə "Rivanol" tozu yoxa çıxıb - 20 qəpiklik dərmanı məhlul şəklinə salıb 5,20 qəpiyə satırlar - VİDEO
24-04-2017 20:22 İTV-nin baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək
24-04-2017 16:54 Bakıda taksilər üçün vahid TARİF - gecə və gündüzün gedişhaqqı fərqli olacaq
24-04-2017 16:50 Fahişəlik və qumara görə ağır cərimələr tətbiq edilir
24-04-2017 16:47 Havanın pisləşməsi ilə əlaqədar 200-dən çox neftçi təxliyə olunub
24-04-2017 15:03 Bu qanun səsə qoyulsa mən səs vermyəcəyəm - Vahid Əhmədov
24-04-2017 14:36 AŞPA sədri: "Suriyaya səfərim yanlış addım idi"
24-04-2017 14:10 Xaricdən gətirilən tropik malyariya xəstəliyi müşahidə olunur
24-04-2017 14:05 Bakıda daha bir ərazidə ağaclar kəsildi, qarşıdurma yarandı - VİDEO
24-04-2017 12:23 Bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
24-04-2017 12:14 Rayonlar işıqsız qalıb? – "Azərişıq"dan AÇIQLAMA
24-04-2017 12:00 Bakı təhlükəsizliyinə görə İrəvan və Moskvadan qabaqdadır - SIYAHI
24-04-2017 11:14 Azərbaycanlı şair intihar etdi
24-04-2017 10:49 Bakı-Ələt yolunda ölümə gedən sürücü kameraya düşdü - VİDEO
24-04-2017 10:43 Tütündən imtina etmək istəyənlər OXUSUN
24-04-2017 10:24 Azərbaycanda biabırçılıq - iş adamı itlərinə toy etdi - VİDEO
24-04-2017 09:19 MTRŞ İTV-nin baş direktoru vəzifəsinə namizədlərin adlarını açıqlayıb
24-04-2017 09:09 "Azercell" abonentlərinə xəbərdarlıq edib
22-04-2017 21:31 Güclü külək Ağstafada fəsadlar törədib
22-04-2017 13:54 Tamaşaçılar "Koroğlu" metrostansiyasından pulsuz istifadə edəcək
22-04-2017 12:20 Bakının daha bir küçəsi təmirə bağlanıb

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az