Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Dekabr

2016
21:18
1577
Daha iki müəllim rekord vurdu - Onları siz də tanıyın - FOTO

Daha iki müəllim maksimum bal topladı.

Təhsil Nazirliyindən verilən məlumata görə, dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.

Lerik şəhər 3 saylı tam orta məktəbin riyaziyyat müəllimi Günel Kərimova və Lənkəran şəhər Sütəmurdov kənd tam orta məktəbinin riyaziyyat müəllimi Günel Aslanlı imtahanda bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıblar.

Qeyd edək ki, bundan əvvəl daha bir müəllim - Kürdəmir rayonundan coğrafiya müəllimi Xəyalə Veyisova diaqnostik qiymətləndirmədə maksimum nəticə göstərmişdi. (Milli.Az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru