Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

14 Aprel

2017
14:12
483
Daha bir idmançımız dopinq testində ilişdi

Azərbaycanın daha bir idmançısı dopinqdə “ilişib”. Apasport.az-ın Hollandiyanın wielerflits.nl saytına istinadən məlumatına görə, yığmamızın və “Synergy Baku”nun milliləşdirilmiş legioneri Maksim Averinin orqanizmində istifadəsi qadağan olunan maddə tapılıb.

Belə ki, ötən ay ondan götürülən analiz müsbət nəticələnib və velosipedçinin meldoni preparatından faydalandığı üzə çıxıb.

Bu səbəbdən də onun beynəlxalq yarışlardakı iştirakına qadağa qoyulub. B probunun nəticəsindən asılı olaraq, Averinlə bağlı yekun qərar veriləcək.

Qeyd edək ki, Avropa Oyunlarında start xəttinə çıxmayan Averin Rio-2016-da finişə çatmamışdı. Komandamızın 32 yaşlı lideri Fransadakı Avropa və Qətərdəki dünya çempionatında da yarışı yarımçıq tərk etmişdi. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru