Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Dekabr

2016
11:01
1934
Daha 70 məktəbdə `Məktəb icmaları` yaradılır

“Məktəb icmaları” layihəsinə yeni qoşulmuş ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtda 147 nömrəli Texniki-Humanitar Liseydə keçirilən görüşdə İdarənin nümayəndələri, “Məktəb icmaları” layihəsinin əməkdaşları, layihəyə yeni qoşulan 70 ümumi təhsil məktəbinin direktoru və valideynlər iştirak ediblər.

Tədbirdə “Məktəb icmaları” layihəsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagirdlərin birliyidir. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.

Görüşdə artıq “Məktəb icmaları” yaranmış məktəblərin təcrübələrindən və icma qurum layihəsinin fəaliyyətinin müsbət nəticələrindən bəhs edilib. Bundan başqa, layihəyə yeni qoşulan məktəblərdə təşkilatçılar tərəfindən müəllim, valideyn və şagirdlərin ilk birgə iclaslarının keçirilməsinin nəzərdə tutulduğu da bildirilib. (Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru