Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

19 Aprel

2017
11:25
562
İŞİD İraqda ABŞ müşavirlərinə qarşı iprit tətbiq edib

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ və Avstarliya müşavirlərdən ibarət İraq ordu bölməsi İŞİD terrorçuları tərəfindən iprit qazı ilə hücuma məruz qalıb. Bu barədə "CBS News" xəbər verib.
 
Hadisə zamanı 25 iraqlı hərbçi xəsarət alıb, müşavirlərdən isə yaralanan olmayıb.
 
Briqada general Yəhya Rəsul bildirib ki,  iprit qazı ilə təşkil olunan hücumdan sonra 6 əsgər xəstəxanaya yerləşdirilib.
 
Mümkün hücumdan qorunmaq məqsədilə artıq İraq ordusunun hərbi qulluqçularına maskalar və digər avadanlıqlar təqdim olunub.

Qeyd edək ki, iprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd - qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4-24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2-3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3-5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur.

Əgər iprit buxarları gözə düşərsə, 2-4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4-12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur. İprit mədə-bağırsaq yollarına düşdükdə 30-60 dəqiqədən sonra mədədə kəskin ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədə-bağırsaq zəhərlənmələri çox halda ölümlə nəticələnir.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2017 10:49

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru