Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Noyabr

2017
10:46
537
DÇ-2018-ə vəsiqə qazanan 29 ölkə - SİYAHI

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

İsveç yığma komandası Avropa zonası üzrə seçmə mərhələnin pley-off mərhələsində sevinən üçüncü kollektiv olub. Doğma meydanda İtaliyaya 1:0 hesabıyla qalib gəlmiş isveçlilər bu gecə səfərdə baş tutan cavab görüşündə qolsuz heç-heçəyə nail olmaqla dünya çempionatına vəsiqəni təmin ediblər.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 29-a çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, İsveçrə və Xorvatiya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 3 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

Məqalədə : dünya çempionatı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru