Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
09:21
DÇ-2018: Xorvatiya tarixində ilk dəfə finala yüksəlib - VİDEO

DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub. İkinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşib.

Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Ada təmsilçisi erkən qolla hesabı açmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib. Bununla da Xorvatiya tarixində ilk dəfə adını finala yazdırıb.

Beləliklə, final qarşılaşması iyulun 15-də Fransa ilə Xorvatiya arasında keçiriləcək. Bundan bir gün əvvəl isə Belçika ilə İngiltərə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək.

DÇ-2018

Yarımfinal

11 iyul

Xorvatiya – İngiltərə - 2:1

Qollar: İvan Perişiç, 68; Mario Mandzukiç, 109 - Kiran Trippier, 5

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Xorvatiya İngiltərə DÇ2018 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 06:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com