Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

13 Fevral

2017
14:22
3715
Cərrahlar niyə məhz yaşıl və mavi forma geyinir?

Heç düşünmüsünüzmü ki, əməliyyat otağındakı həkimlər nəyə görə ağ deyil, yaşıl, yaxud mavi rəngli forma geyinirlər? Sən demə,  belə bir

Buna da baxın:

Həkimlər niyə ağ xalat geyinir?

kiçik detal  əməliyyatın uğuruna  təsir edə bilərmiş.

Bu gün FaktXeber.com cərrahların iş geyiminin rənginin önəmi barədə məlumat verəcək.

İlk öncə tibb işçilərinin hamısının geyimi ağ rəngdə olub. Lakin 1914-cü ildə nüfuzlu həkimlərdən biri  bu rəngdən  imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçdi.

Məsələ burasındadır ki, cərrah baxışlarını qanın tünd rəngindən həmkarlarının xalatına yönəldərkən ağappaq rəng bir neçə anlıq onu kor edə bilər. Eyni şeyi bir  evdən çıxarkən günəşli havada qara baxanda yaşayırıq.

Bəs nə üçün bənövşəyi, ya sarı deyil, məhz yaşıl və mavi? Məsələ burasındadır ki, yaşıl və mavi  rəng spektrində qırmızıya əksdir. Əməliyyat zamanı həkimlər məhz qana baxırlar.

Beləliklə, yaşıl və mavi rəng nəinki həkimlərin gözlərini aydınlaşdırır, həmçinin  qırımızı rəngə qarşı daha həssas edir. Bu da əməliyyat  zamanı səhv ehtimalını da azaldır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2017 09:42

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru