Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

12 Sentyabr

2017
14:15
864
İcra Hakimiyyətinin şöbə müdürinin bıçaqlanma səbəbi məlum oldu

“Ərazi idarəetmə şöbəsinin müdiri Nizaməddin Əmrullayevin vəziyyəti normaldır. Quba xəstəxanasının baş həkim əvəzi Əlyar Sərvərovun verdiyi məlumata görə, xəstənin həyatı üçün ciddi heç nə yoxdur”. 

Bunu Modern.az-a açıqlamasında Qubadan seçilən deputat Vahid Əhmədov rayon İcra Hakimiyyətinin şöbəsinin müdirinin bıçaqlanmasından danışarkən deyib.

O, bildirib ki, hadisə mübahisə zəminində baş verib.

“Mənə verilən məlumata görə, bıçaqlanma hadisəsi torpaq məsələsi üstündə yaranıb. Belə ki, Əmrullayevlə yerliləri arasında torpaq üstündə mübahisə yaranıb. Sonda mübahisə qarşı tərəfin şöbə müdirini bıçaqlanması ilə nəticələnib”.

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin (RİH) Ərazi və idarəetmə şöbəsinin müdiri  Nizaməddin Əmrullayev dünən bıçaqlanıb. Dərhal xəstəxanaya yerləşdirilib. 

Nizaməddin Əmrullayevi Nügədi kənd sakini Şakir Mədətovun bıçaqladığı açıqlanıb. O, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə : şöbə müdiri 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru