Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2018
01:22
28770
İcra başçısının vurulan mühafizəçisinin və sui-qəsdçinin fotoları yayılıb - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd zamanı vurulan mühafizəçi Qasım Aşbazovun fotosu yayılıb. Q.Aşbazov polis əməkdaşı olub.

Hadisə bu gün saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Meydandakı pilləkəndə Yunis Səfərov icra başçısına hücum edib. 

Rusiya vətəndaşı olan Y.Səfərov ötən il iyun ayının 21-də Gəncə şəhərində mühafizə polisinin əməkdaşını dəmirlə döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçıb. Həmin vaxtda axtarışa verilib. Bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib.

Baş verən hadisəni Azərbaycan Prezidenti İlham Əliyev şəxsi nəzarətinə götürüb.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və DTX isə birgə məlumat yayaraq hadisənin təfərrüatını açıqlayıblar.

Məqalədə : Elmar Vəliyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-07-2018 19:45



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com