Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2020
17:09
İcra başçısının arvadının `Azəriqaz`a 80 min manat borcu var - RƏSMİ

Sosial şəbəkələrdə Ağstafa rayonuna yeni təyin olunan icra başçısı Seymur Orucovun həyat yoldaşı Çeşmi Hacıyevanın “Azəriqaz” İstehsalat Birliyi 115 min manat borcu olduğu barədə məlumat yayılıb.

İddia edilir ki, borc icra başçısının ailəsinin biznes fəaliyyəti ilə əlaqədardır.

Məsələ barədə “Azəriqaz” İstehsalat Birliyi Oxu.az-ın sorğusuna cavab olara bildirib ki, qurumla istixana istifadəçisi, fiziki şəxs Hacıyeva Çeşmi Şəmsəddin qızı arasında 5 noyabr 2019-cu ildə debitor borcun ödənilməsinə dair razılaşma protokolu imzalanan vaxt qarşı tərəfin Birliyə olan borcu 105 490 manat təşkil edib:

“Protokola əsasən, qarşı tərəf noyabr ayında ilkin ödəniş olaraq 20 000 manat, təbii qazdan sərfiyyatdan əlavə olaraq 2019-cu ilin noyabr, dekabr aylarında hər ayın 25-nə kimi 20 000 manat, 2020-ci ilin yanvar ayının 10-na kimi 45 490 manat olmaqla Birliyə ödəmə öhdəliyini üzərinə götürüb.

Lakin ödənişlər lazımi səviyyədə olmadığından və sərfiyyat məbləğləri də bu rəqəmlərin üstünə gəldiyindən ümumi borc artaraq, 2020-ci ilin yanvar ayında 115 068,80 manat təşkil edib. Belə bir durumda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmə iddiası qaldırılıb”.

“Lakin həmin dövrdə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı bir çox sahələrin, o cümlədən, məhkəmələrin fəaliyyətində məhdudiyyətlər yarandığından, sözügedən proses baxılmamış saxlanılıb.

İddianın qaldırıldığı, eləcə də, pandemiya dövründə qarşı tərəfin həm borc, həm də sərfiyyata görə apardığı ödənişlərdən sonra ümumi borc azalaraq, 79 816,20 manat təşkil edib. Onu da əlavə edək ki, “Azəriqaz” İstehsalat Birliyi heç də iddiasından geri çəkilməyib və borcun tam bağlanılmadığı təqdirdə məhkəmə iddiasının qaldırılması hüququnu özündə saxlayır. 

Fiziki şəxs Hacıyeva Çeşmi Şəmsəddin qızının borclarına gəldikdə, bu, əsasən 2017, 2018-ci illərdə ayrı-ayrı aylarda qazdan istifadə böyük həcmli olsa da, aylıq ödənişin ya nisbətən, ya da ümumiyyətlə ödənilmədiyindən yığılıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi mövsüm dövründə bütün istixanalara ödənişlərlə bağlı güzəştlər edir. Lakin mövsüm bitəndən sonra borc öhdəliklərini yerinə yetirməyənlər barədə müvafiq formada məhkəmə iddiaları qaldırılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4819

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3898

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5561

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5599

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7007

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5336
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-07-2020 10:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru