Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyul

2018
11:16
1389
Cavid İmamverdiyev transferə çıxarılıb

“Sumqayıt” klubu Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyevi transferə çıxarıb.

Klubdan verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi karyerasını Sumqayıt təmsilçisinin heyətində davam etdirmək istəmədiyi üçün bu cür addım atılıb. “İmamverdiyev “Sumqayıt”da qalmaqdan imtina etdiyinə görə transferə çıxarılıb. Onun xidmətində həm yerli, həm də xarici klublar maraqlıdır. Rəhbərlik klubla 1 illik müqaviləsi olan futbolçuya gələn təklifləri dəyərləndirir” deyə mətbuat katibi Rəşad Məmmədov bildirib. 

Qeyd edək ki, Cavid İmamverdiyev “Sumqayıt”a ötən yay “Neftçi”dən keçib. O, İdman Araşdırmalar Mərkəzinin Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında apardığı sorğuya əsasən, 2017/2018 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Məqalədə : Cavid İmamverdiyev 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-07-2018 13:34



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com