Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Noyabr

2018
11:55
Cavad Zərifdən həmkarı Pompeoya: Heç utanmırsız?

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif amerikalı həmkarı Mayk Pompeonun Yəmən və İrana dair səsləndirdiyi fikirlərə reaksiya verərək İran və Yəmənə qarşı törədilən insanlıq cinayətinə ABŞ-ın cavabdeh olduğunu bildirib.

FaktXəbər-in məlumatına görə, Zərif tvitter hesabından verdiyi açıqlamada, Pompeonun iranlıların ərzaq və dərman üçün lazımi maliyyə xidmətlərinə daxilolmanı əngəlləyən qeyri-qanuni ABŞ sanksiyalarının məsuliyyətini İrana yüklədiyini deyib.

ABŞ-a baxmayaraq İran xalqına qida, dərman və digər lazımi məmulatları çatdıracaqlarını deyən Zərif, Yəməndəki hadisələrlə əlaqədar Pompeoya xitabən bu cümlələri yazıb:

"Nazir Pompeo, baxın nə deyirəm. Üzləşdikləri qıtlığa görə günahkar yəmənlilərin özləridir. Çünki yəmənlilər məktəb avtobusunu bombalamaq üçün milyardlarla dollar pul və buna qarşı riski azaltmaq üçün yenə milyonlar xərcləyən, havadarları olduğunuz qəsəbəyə (Səudiyyə Ərəbistanı) müqavimət göstərməyərək məhv olmalarına icazə verməliydilər. Heç utanmırsız?"

Qeyd edək ki, ABD xarici işlər naziri Mayk Pompeo açıqlamasında Səudiyyə Ərəbistanın Yəmənə milyonlarla dollar humanitar yardım etdiyini açıqlamışdı. ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Hoop isə sanksiyalarının hədəfinin İran xalqı deyil, hakimiyyət olduğunu və bu səbəbdən dərman, səhiyyə və qida sektoruna sanksiya tətbiq etmədiklərini söyləmişdi.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Cavad Zərif 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-11-2018 16:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com