Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2019
14:35
192
Cavad Zərif: `Ərdoğana Əsədlə görüşümüz barədə dosye təqdim edəcəyəm`

İran XİN rəhbəri Cavad Zərif Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. FaktXeber.com-un Türkiyə mediasına istinadla verdiyi məlumata görə, görüş zamanı Çavuşoğlu ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət bildirərək, Vaşinqtona bu embarqolarının səhv olduğunu anlatmağa davam edəcəyini vurğulayıb.

O, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun  terrorçular siyahısına salınmasına son dərəcə yanlış bir qərar olduğunu deyib.

İran XİN rəhbəri Cavad Zərif isə Türkiyəyə gəlməzdən əvvəl həyata keçirdiyi Suriya səfərinə toxunub.

«Suriyada Əsəd ilə uzun müzakirələr apardım. Bu söhbətin dosyesini cənab Ərdoğana təqdim edəcəyəm», - deyə o, bildirib.

Qeyd edək ki, aprelin 17-də İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin Türkiyəyə səfəri başlayıb. Bu gün Rəcəb Tayyib Ərdoğan onu qəbul edəcək. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Zərif 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 04:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru