Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Noyabr

2018
16:35
Canavar hücum edən şəxslər danışdı - VİDEO - FOTO

Astara rayonunun Şüvi və Züngüləş kəndlərində canavar 7 nəfəri yaralayıb, onlardan biri azyaşlıdır. Yaralılardan 1978-ci il təvəllüdlü Tofiq Əsgərov canavarı öldürə bilib. FaktXəbər-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin məlumat xidmətindən bildiriblər.

Hadisə bu gün səhər saatlarında baş verib. Şüvi kəndinin mərkəzi küçəsinə kimi gələn canavar yolda olan sakinlərə hücum edib, 4 nəfər yaralanıb. Sonra yaxınlıqdakı Züngüləş kəndinə üz tutub, orada da 3 nəfərə xəsarət yetirib. Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara peyvənd edilib, yaraları təmizlənib.

Şüvi kənd icra nümayəndəsinin müavini Nurulla Əliyev virtualaz.org-a bildirib ki, kənd meşəlik ərazisinə yaxın yerləşir, lakin indiyədək belə bir hadisə ilə rastlaşmayıblar. “61 yaşım var, əvvəllər meşədə canavar mal-qaraya hücum edirdi, amma heç vaxt kəndin içinə qədər gəlməyib. Görünür, heyvan ac olub”, - N.Əliyev deyib.

Onun sözlərinə görə, baytarlar heyvanın quduz olub-olmadığını araşdırır. “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları da gəldilər, tüfəngi olan sakinlərə dedilər ki, canavarı öldürməyə icazə verirlər”.

***

Noyabrın 29-da səhər saat 8 radələrində Astara rayonunun Şüvi kəndində canavar məktəbə gedən şagirdlərə və kənd sakinlərinə hücum edib.

FaktXəbər-in "Azərtac"a istinadən məlumatına görə, hadisə zamanı 3-ü məktəbli olmaqla, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Şüvi kənd sakini 25 yaşlı Jalə Firudinzadə birinci sinifdə oxuyan oğlu Rəvan Abdullayevi səhər saatlarında məktəbə apararkən yolda canavarın hücumuna məruz qalıb. Ana oğlunu qoruya bilsə də, əlindən və sifət nahiyəsindən yaralanıb.

iPhone Lənkəranlı yeniyetməni xilas edib - FOTO

Kənd sakinləri, doqquzuncu sinif şagirdi Rafiq Baxşıyev və beşinci sinif şagirdi Lalə Əşrəfova da məktəbə getdiyi zaman canavar onlara hücum edib.

Şüvi kənd sakini, 43 yaşlı Malik Ağayev isə səhər saatlarında tövləyə girmiş canavarın hücumunu məruz qalıb.

Canavar Şüvi kənd ərazi icra nümayəndəliyində yerləşən Sekəşan kəndində də 1993-cü il təvəllüdlü Günəş Şahmuradovaya müxtəlif bədən xəsarətləri yetirib.

Şüvi kənd bələdiyyəsinin sədri Mail Muradovun verdiyi məlumata görə, canavar qonşu kəndlərdə də sakinlərə ziyan vurub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Astara canavar 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 10:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com