Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

25 Aprel

2017
12:45
1665
Bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacaq

Aprelin 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 6-9° isti, gündüz 14-18° isti, Bakıda gecə 6-8° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə  80-90%, gündüz 60-70% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 26-28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında aprelin 26-da bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru