Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Dekabr

2016
16:49
2070
Bəzi təhsil müəssisələri birləşdiriləcək

Azərbaycanda bəzi peşə təhsili müəssisələri birləşdiriləcək. Bu Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.

Strateji Yol Xəritəsində bildirilib ki, peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması hazırlanacaq tədbirlər planına əsasən peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçiriləcək.

"Optimallaşdırma prosesi, ilk növbədə, iri sənaye mərkəzləri olan Bakı və Gəncə şəhərlərində yerləşən, paralel kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinin birləşdirilməsi ilə başlayacaq, daha sonra analoji qaydada regionlarda yerləşən peşə təhsili müəssisələrinin bir qisminin optimallaşdırılması, o cümlədən perspektivsiz təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması və ya gələcəkdə ərazisində yeni peşə təhsili müəssisələrinin tikilə biləcəyi müəssisələrin fəaliyyətinin müvəqqəti dondurulması da daxil olmaqla, müvafiq tədbirlərin həyata keçirilməsi ilə başa çatacaq", - deyə Strateji Yol Xəritəsində qeyd olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru