Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2018
11:53
`Buraxılış imtahanlarının nəticələri 2 il qüvvədə olacaq`

"Gələcəkdə buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur".

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ümumilikdə hər il qəbul imtahanlarında iştirak edənlər əsasən cari ilin məzunları olur: "Əgər əvvəlki ilin məzunları ali məktəbə qəbul olunmaq üçün orta məktəbi bitirdikləri ildə deyil, bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, o zaman həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar".

M.Abbaszadə xatırladıb ki, hazırda 9-cu sinfi bitirə bilməyən şagirdlər üçün ayrıca buraxılış imtahanı təşkil olunur: "Əgər cari ilin məzunları üçün buraxılış imtahanları müxtəlif istiqamətlər üzrə ayrı-ayrı tarixlərdə fərqli rayonlarda keçirilirsə, əlavə olaraq əvvəlki illərin məzunları üçün də buraxılış imtahanları keçirilir".

2019-cu ilin buraxılış imtahanlarının cədvəlinin hələlik məlum olmadığını deyən DİM sədri əlavə edib ki, əvvəlki illərin məzunları da cari ilin məzunları kimi ali məktəblərə qəbul üçün iki mərhələli imtahanda- buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər: "Bu qayda gələn il də qüvvədə olacaq. Bir neçə ildən sonra buraxılış imtahanlarının nəticələrinin ən azı iki il qüvvədə olması nəzərdə tutulur. Ancaq bunun üçün vaxt lazımdır".(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2018 14:39



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com