Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

19 Dekabr

2016
16:28
4080
Buraxılış imtahanlarında tətbiq olunacaq yeniliklər açıqlanıb

Gələn ildən IX siniflər üzrə buraxılış imtahanında fənlərin sayının artırılması nəzərdə tutulur. FaktXəbər-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Hazırda XI sinif üzrə buraxılış imtahanlarından birinin xarici dildən olduğunu deyən M. Abbaszadə gələn ildən IX sinifdə xarici dildən buraxılış imtahanlarının olacağını istisna etməyib.

Onun sözlərinə görə, bu il IX sinif üzrə buraxılış imtahanlarında şagirdlər yalnız Azərbaycan dili və Riyaziyyatdan imtahan verəcəklər: “Ola bilsin ki, gələn ildən IX sinifdə imtahanlara üçüncü fənn kimi xarici dil əlavə olunacaq. Bununla bağlı biz bu il monitorinq imtahanları keçirərək nəticələri ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik. Müzakirə əsasında da qərar qəbul ediləcək”.

M.Abbaszadə Azərbaycanda kurrikulumla təhsil alan şagirdlər üçün iki ildən sonra vahid imtahanların tətbiqinə də aydınlıq gətirib. M.Abbaszadə vurğulayıb ki, ilk olaraq builki imtahanların nəticələri müzakirə olunmalıdır və bundan asılı olaraq konkret fikir bildirmək olar.

Direktorlar Şurasının sədri əlavə edib ki, IX siniflər üzrə buraxılış imtahanının I mərhələsinin fevralın sonu-martın əvvəlində keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, ilk imtahan Bakıda təşkil olunacaq və bundan sonra imtahanlar ölkənin 3 əlavə regionunda da keçiriləcək: “Ümumilikdə IX siniflər üzrə buraxılış imtahanlarının 3 həftə ərzində, martın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Mayın əvvəlində birinci mərhələnin nəticələri elan olunacaq. Buraxılış imtahanlarının II mərhələsi isə orta məktəblərdə dərslər başa çatdıqdan sonra, iyun ayında olacaq. İyunun 15-dən sonra yenidən dörd istiqamət üzrə ikinci mərhələnin imtahanları olacaq. İkinci mərhələdə qapalı test imtahanı olacaq. Bu imtahanın nəticələri 3-4 gün ərzində yoxlanılaraq şagirdlərə göndəriləcək”.

M. Abbaszadə, bu il XI siniflər üzrə buraxılış imtahanlarında heç bir dəyişiklik olmayacağını deyib. Onun sözlərinə görə, XI sinif məzunları üçün buraxılış imtahanları iyun ayında keçiriləcək.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com