Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 İyun

2017
13:10
974
Bu məscidlər “Dünyanın ən gözəl məscidləri” adını qazanıb - FOTO

"National Geographic" Ramazan ayında dünyanın "ən incə" məscidlərini müəyyənləşdirib. Məscidlərin seçilməsi zamanı onların həm xarici, həm də daxili quruluşu nəzərə alınıb. FaktXəbər olaraq həmin məscidləri təqdim edirik.

1. Sultan Əhməd Məscidi (Göy məscid) - Türkiyənin İstanbul şəhərinin ən fotogenik binası 17-ci əsrin əvvəllərində tikilib. Məscidin ikinci adı kimi də "Göy məscid" istifadə olunur. Buna səbəb inşa zamanı daxili işlər bəzək kimi mavi kirəmitdən istifadə edilməsidir. 

2. Nasir əl-Mülk Məscidi - İranın Şiraz şəhərində yerləşir. Məscidin daxili İran xalçaları ilə bəzədilib və pəncərələrin şəbəkə quruluşu düşən günəş şüalarını daha da cəlb edici göstərir.

3. İstiqlal Məscidi - Cakartada XX əsrin sonunda tikilən bu məscid minarə və gümbəzinin avanqardlığı ilə seçilir. Məhz buna görə də yerli müsəlmanlar tərəfindən "həddindən artıq ərəb stili" kimi qəbul edilir. Ənənəvi olaraq bu Yava məscidinə laylı, üçtəkanla dam üslubu daxildir.

4. Cama Məscidi - Hindistanın Cama Məscidi böyük Moğollar imperiyası zamanında tikilib və eksteryerində qırmızı daşlardan və mərmərdən istifadə olunub.

5. Şeyx Zahid Came Məscidi - Əbu Dabidə tikilən bu möhtəşəm məscidin həyətində 40.000 nəfər eyni anda namaz qıla bilir. Dünyanın ən böyük İran xalçası və Almaniya istehsalı olan "Svarovski" daşlarla bəzədilmiş çilçıraq məscidi bəzəyir. 

6. Sultan Həsən Məscidi - Misirin paytaxtı Qahirədə tikilən və mədrəsə kimi də istifadə olunan bu məscidin 300-dən çox yaşı var. Sultan Həsən Məscidi arxitektur quruluşu ilə ekspertlərə İslam fəlsəfəsini izah edir.

7. Şah Məscidi - İsfahan şəhərində yerləşən bu Came Məscidi iranın ən çox ziyarət edilən yerlərindəndir. Tikilməsindən keçən 10 əsr müddətində genişləndirilib və inkişaf etdirilib. Min ilə yaxındır İslam incəsənətini və memarlığını təmsil edir.

8. Malayziya Milli Məscidi - Bu məscid Malayziyanın paytaxtı Kuala Lumpurda 20-ci əsrin sonlarında tikilib. Məscidin tam hissəsi daxili hissədən açılmış çətirə bənzəyir.

9. Elm Şəhəri Məscidi - Qətərin paytaxtı Dohada tikilən bu məscid 5 sütunu üzərində inşa edilib. Bu sütunlar İslamın 5 əsasına - Muhəmmədin (s) Allahın elçisi olduğuna şəhadət gətirmək, namazı iqamə etmək, zəkat vermək, Allahın evini ziyarət etmək və oruc tutmaq - işarədir. Məscidin daxilinə nəfis xəttatlıq nümunələri ilə Quran ayələri həkk olunub. 

10. İkinci Həsən Məscidi -  Kasablankanın ən böyük, dünyanın isə 7-ci ən böyük məscididir. Məscid 1993-cü ildə istifadəyə verilib. Fransız memar Mişel Pense tərəfindən inşa edilib. Məscidin 210 metrlik minarəsi dünyanın ən hündür minarəsi sayılır. Bu məscid daha çox turizm məkanı kimi məşhurdur.

11. İbn Tulun Məscidi - Misirin ən çox qorunub-saxlanan məscidi. Bu möhtəşəm qırmızı kərpic kompleksi Misir və Suriyanın türk qubernatoru tərəfindən 876-ci ildə tikilib.

12. Süleymaniyyə Məscidi - Türkiyənin İstanbul şəhərində yerləşən və Osmanlı dövrünə aid məscid. Aya Sofiya kilsəsinə bənzəyən məscid şəhərin əsas turizm mərkəzlərindən biri hesab edilir.

13. Kurtuba Məscidi - İspaniyanın Kordoba şəhərində tikilib. Əndəlüs Əməvilərinin paytaxtı olan Kurtubada 600 məscid var. Bu məscidlərin ən monumental və əzəmətlisi Kurtuba Məscididir. Məscidinin təməli 786-cı ildə I Əbdürrəhman tərəfindən qoyulub. Məscid içində 1293 sütun var. Bu qədim məscid bu gün Kordova Kilsəsidir.

14. Şah Feysəl Məscidi - Məscid 1970-ci illərin sonunda İslamabadda tikilib. 

15. Kayruan Böyük Məscidi - Şimali Afrikadakı ilk İslam şəhər olan Kayruanda (Tunis) tikilib. 

Məqalədə : Məscid 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru