Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
14:32
1302
Bulvarda ilanın olması bizə siqnaldır - Rəis müavini

Dənizkənarı Bulvarda ilanın olması bizə xəbərdarlıqdır.

Faktxeber.com məlumat verir ki, bunu Oxu.Az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, artıq idarə tərəfindən sənətçinin paylaşdığı video müzakirə edilib:

“Sənətçinin səmimiyyətinə inanırıq. Bulvar ərazisində təmizliklə məşğul olan əməkdaşlar bu günə kimi ilanın şahidi olmayıblar. Bilirsiniz ki, havalar isti keçir. Azərbaycanın hər yerində ilanlar var və bulvara da gəlib çıxa bilər. Bu bizim idarə üçün bir siqnal, xəbərdarlıqdır”.

Nazim Məcidov qeyd edib ki, məsələ barədə lazimi tədbirlər görüləcək:

“İşçilərimizə xüsusi xəbərdarlıq etmişik ki, bütün ərazini yoxlasınlar, adiyyatı qurumlara məlumat verilsin”.

Qeyd edək ki müğənni Elmira Ələkbərzadə bulvarın Yeni Bayıl ərazisində ilanla qarşılaşıb və onu görüntüləyərək sosial şəbəkədə yayıb.

Məqalədə : Bulvarda İlan 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 19:33



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com