Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Bu ilin yanvar-mart aylarında Azərbaycanın avtomobil yollarında 407 və ya 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,9 faiz azalaraq 573 nəfər olub.
Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, yol qəzalarında 162 nəfər ölüb, 411 nəfər isə yaralanıb.
Komitədən bildirilib ki, hadisələrin 46,7 faizi gündüz, 33,9 faizi gecə, 19,4 faizi isə toran vaxtı baş verib, 24,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Məlumata görə, yol-nəqliyyat hadisələrinin 89,9 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 24,0 faiz artaraq 119 nəfər, yaralananların sayı isə 7,2 faiz azalaraq 386 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 47,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,4 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2016-cı ilin yanvar-mart aylarına nisbətən hadisələrin sayı müvafiq olaraq 14,0 faiz artıb, 17,0 faiz və 9,6 faiz azalıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 72,8 faizini, yaralananların isə 71,8 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Belə hadisələrin 85,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
2017-ci iiln yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanan inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub. Xətaların 50,8 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi,11,3 faizi dayanma və ya durma qaydalarının pozulması, 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 15,1 milyon manat məbləğində cərimələr tətbiq edilib
- 26-04-2018 16:45 Hotellərimizdə ən çox gecələyən əcnəbilər - SİYAHI
- 26-04-2018 16:05 Bu keçidlərdən əlillər, hamilələr və qocalar "uçaraq" keçirlər - VİDEO
- 26-04-2018 15:51 Bakı metrosunda ciddi su sızıntısı - NARAHATLIQ - FOTO
- 26-04-2018 15:46 Şahbaz Quliyev düşmən əsirliyindən ailəsinə video göndərib
- 26-04-2018 15:37 Qusarın ucqarlarına yeni yol çəkilir - FOTO
- 26-04-2018 15:16 Binə Ticarət Mərkəzində aksiya
- 26-04-2018 14:40 May ayının qeyri-iş günləri açıqlanıb
- 26-04-2018 14:15 Bakının ən böyük prospekti bağlandı - Qəza
- 26-04-2018 13:03 Havanın temperaturu yüksəlir
- 26-04-2018 12:10 Bakı metrosunda sıxlığın əsas səbəbi - CƏDVƏL
- 26-04-2018 11:26 BP-yə yeni rəhbər təyin edilib
- 26-04-2018 11:09 ""Metsamor" təhlükə mənbəyidir" - Hikmət Hacıyev
- 26-04-2018 10:36 İtən alpinistlərin dostları Xəzərdə itkin düşüb
- 26-04-2018 10:32 İki valideyn arasında qalan Leylanın ürəkağrıdıcı hönkürtüsü - VİDEO
- 26-04-2018 10:21 Bakıda daha bir metro stansiyası istifadəyə verilə bilər
- 26-04-2018 10:00 Rayon qeydiyyatlı maşınlar Bakıya buraxılmır - VİDEO
- 26-04-2018 09:58 Azərbaycanda şübhəli bilinən 30 nəfər saxlanılıb
- 26-04-2018 09:50 Azərbaycandakı vulkanların palçığında qızıl, gümüş aşkarlanıb
- 25-04-2018 22:23 Rusiya Ermənistandakı vəziyyətdən narahatdır - PUTİN ZƏNG VURDU
- 25-04-2018 20:57 Ağdaşda 17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulur
- 25-04-2018 20:30 Bakının bu hissələrində sabah qaz olmayacaq
- 25-04-2018 17:02 Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanılıb
- 25-04-2018 16:10 Bakıda avtomobili təpikləyən sürücü tutuldu - VİDEO
- 25-04-2018 15:31 Azərbaycan-Türkiyə sənədləri imzalanıb
- 25-04-2018 15:01 Bakıda yolu keçən piyadanı avtomobil vurdu

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
26-04-2018 19:19
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]