Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

18 Mart

2019
09:25
1497
Bu il Azərbaycana 250 min tona yaxın buğda idxal olunub

Bu ilin yanvar və fevral ayları ərzində Azərbaycana 55,438 mln. ABŞ dolları dəyərində və ya 249 932 ton buğda idxal olunub. FaktXəbər-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 46% və 13% artıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 37,843 mln. dollarlıq və ya 215 319 ton buğda idxal olunub.

Məlumat üçün bildirək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana ümumi dəyəri 2 mlrd. dollardan çox mal idxal olunub. İdxal olunan məhsulların 11,34%-i yeyinti məhsulları təşkil edib.

Hesabat dövründə Azərbaycandan ən çox ixrac olunan məhsul isə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları olub. Bu məhsullar ixracın 82,61-ni təşkil edib, ümumi dəyəri isə 2,6 mlrd. dollar olub. Bu ilin iki ayında ixrac olunan məhsulların miqdarı ötən ilin analoji dövrünə nisbətən 58%, dəyəri isə 42,5%-dən çox olub.

Məqalədə : Azərbaycan buğda idxal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
166

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
54
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 22:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru